Bir çoxları Kabbalanın gizli bir təlim olduğunu eşitmişlər. Məhz onun mübhəmliyi, sirr pərdələri, Kabbalanın ətrafında çoxsaylı əfsanələrin, saxtalaşdırmaların, profanasiyaların, boş söhbət və şayiələrin, cahilcə mühakimə və nəticələrin toplanmasına səbəb olmuşdur.
Ancaq 20-ci əsrdə, Kabbala elmi biliklərinin hamıya açılması və hətta onun bütün dünyaya yayılmasına icazə verildi. Və buna görə də, mən məcburam ki, oxucuya olan bu müraciətimlə, qədimdən, dövrümüzə gələn, ümumbəşəri elm olan Kabbala haqqında, əsrlər boyu qat-qat toplanmış mifləri dağıdam. Kabbala elmi heç bir şəkildə dinlə əlaqəli deyil. Yəni, məsələn fizika,kimya,riyaziyyat dinlə nə qədər bağlıdırsa, Kabbala elmi də,onlardan çox yox, ancaq onlar kimi əlaqəlidir.
Kabbala-din deyil, bunu aşkarlamaq çox asandır, dindar insanlardan heç kim bu elmi bilmir, və onun bir kəlməsini belə anlamır. Yaradılışın əsası haqqında olan dərin bilikləri,onun Qanunlarını,dünyanı dərk etmək metodunu, məxluqatın Hədəfə nail olma yolunu- Kabbala ilk növbədə dini kütlələrdən gizlədirdi.
Çünki elə bir zaman gözləyirdi ki, bəşəriyyət inkişaf edərək elə bir səviyyəyə çatacaq ki, kabbalistik bilikləri qəbul edib, düzgün istifadə edə biləcək.
Kabbala- taleyin idarə edilməsi elmi, bütün bəşəriyyətə, yer üzərində olan bütün xalqlara verilmiş Bilikdir.
Каbbala- insan gözündən, bizim beş duyğu üzvümüzdən gizli qalan elmdir. O ancaq ilahi anlayışlarla iş görür, yəni hansı ki,bizim dünyadan üstdə cərəyan edir, bu bizim duyğu üzvlərimiz tərəfindən duyulmur, onlardan uzaqdır, ali aləmdədir.
Amma obyektlərin, qüvvələrin və Ali aləmlərin fəaliyyətini ifadə etmək üçün Kabbala sözləri bizim dünyəvi dilimizdən götürür. Ali aləmlərin hər bir obyektindən bizim dünyamıza qüvvə enir və bizim dünyamızdakı obyekti doğurur, hər iki dünyada olan kabbalist bu bağı görür, və bu dünyadakı adlardan istifafə edir.
Amma hər iki aləmə nail olmayan kəslərə, kabbalistin izahı yerdəki fəaliyyət kimi görünür, halbuki Kabbala ancaq ali aləmlərdə baş verənlari açıqlayır. Tanış sözlərin-anlayışların istifadəsi yanlış təsəvvür və təxəyyülə səbəb olur. Buna görə də Kabbala bizim dünyadakı obyektlərlə, onların ilahi aləmdəki kökü arasındakı hər hansı bir əlaqəni təsvir etməyi qadağan edir. Bu Kabbalada ən kobud səhv hesab olunur.
Və buna görə də,Kabbala neçə illərdi, indiki dövrə kimi qadağan edilib: insanın inkişafı kifayət deyildi ki, o daha cürbəcür ruhlar, cadugərlər,mələklər və bu kimi mənasız məfhumlar təsvir etməsin. Çünki söhbət tamamilə ayrı mənalardan gedir.
Ancaq 20 -ci əsrin doxsanıncı illərindən Kabbala elminin yayılmasına icazə verilib və bu təqdir edilir. Niyə? Çünki insanlar təbiət qüvvələri haqqında primitiv təsəvvürlərdən, həm də insanabənzər varlıqlara inanmaqdan: su pərisinə, kentavra və s. olan inanclardan daha yuxarl yüksəliblər. İnsanlar artıq ali aləmi, qüvvə aləmi kimi, qüvvə sahəsi, maddiyyatdan üstün aləm kimi görməyə hazırdır. Bax Kabbala elmi də, elə bu qüvvə aləmi ilə, bu fikirlərlə işləyir.
Ali aləmlərin açılmasında uğurlar diləyirəm,
Mixael Laytman