Qəlbində mənəvi arzu alovlanan insanın düşüncəsi, daim maddi təminlərinin axtarışında olan insanın düşüncəsindən fərqli olur. Maddi ehtiyaclarımızı necə təmin edəcəyimizin yollarını bilirik amma mənəvi arzu doğanda, artıq onu necə realizə edəcəyimizi bilmirik.
Bu gün mənəvi arzusu olan bir çox insan var və onların çoxu, qəlbində belə bir arzunun cücərməsindən xəbərsizdir. Onlardan bir qismi isə, bu arzuya “reallashdirilmasi mumkun olmayan” boş, əhəmiyyətsiz bir xülya kimi baxır. Bu insanlar, həyatlarının əsl qayəsinin, içlərində oyanan bu yeni və kamil arzuya bağlı olduğunu bilmirlər. Onlar özlərini məqsədsiz hesab edirlər, bu boşluğun, mənəvi yolun çatmamazlığı olduğunu bilmirlər.
Bir çox insan, özünün varlıq səbəbi haqda sual verir, “mən niyə yaşayıram, kiməm?” deyə, düşünür. Ancaq illər keçdikcə, bizi bu sualdan uzaqlaşdıran arzulara və yoldan çıxaran maraqlara cəzb olunuruq. Gerçək suala cavab tapmaq ehtiyacı isə itir. Amma sonra, bütün küylərə baxmayaraq, bu sualların təsirində qalaraq oyanmağa başlayırıq. Cavabları tapmaq üçün israr edənlər, müəyyən olunmuş şəkildə kabalaya gəlir. Çünki, qəlblərdə oyanan sualları cavablandıran elm- Kabaladır.