kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Səmaya ucalan pilləkən

Səmaya ucalan pilləkən.


1921- ci il, Polşa. Aşlaq ailəsinin evi. çöldə külək vıyıldayır, evdə isə sükut hökm sürür. Baal Sulam öz müəllimi ilə etdiyi növbəti səfərdən indicə qayıdıb, amma bu dəfə onun fikirli nəzərində xüsusi bir məqam gizlənir. Özünə qapanmış şəkildə o çantasını divarın dibində qoyub, bir kəlmə belə demədən, divanda uzanır. Bir saatdan sonra o öz ailəsinə açıqlayacaq ki: “biz yeni bir çağın astanasında dururuq. Mən öz müəllimimdən, onun mənə verə biləcəyi hər şeyi aldım. İsrail torpağına yol almağın vaxti gəlib çatıb..”

Baal Sulam, rav Yequda Aşlaq, bəşəri tarixdə olan ən dahi kabbalistlərdən biri olub, bəlkə də ən alisi. Kabbala elmini- vəhdətə və xoşbəxtliyə aparan pilləkəni – bizə vermək üçün xüsusi bir ruh bizim dünyamıza enmişdir.
“Mən hesab edirəm ki, bizi kabbala elmindən ayıran dəmir divarı mütləq şəkildə partlatmalıyıq”
Baal Sulam “On sfirotun tədrisinə ön söz ” p.1

Həqiqətən də ilk dəfə o, bütün “Zohar” kitabına şərh yazdı və dahi kabbalist ARİnin çalışmalarını ilk dəfə o, dərin, qədim müdrikliyi uyğunlaşdıraraq, bunları hər kəsin oxumasını mümkün etdi. İlk dəfə bütün xalq üçün kabbalistik qəzet dərc etdirdi. Öz xalqının taleyi üçün keçirdiyi həyəcan, onun bütün həyat yolunu təyin edirdi.

İsrailə aparan yol.

Öz babalarının vətəninə dönmək istəyi Baal Sulamda çoxdan yaranmışdı. Bundan iki il əvvəl, o yüzlərlə ailənin köçürülüb, Fələstində ortaq bölgə yaradaraq yerləşdirilməsinə cəhd etmişdi.

– Avropanın üstünü qara buludlar alır- deyirdi o. – Saatın əqrəbləri tıqqıldayır, bizim vaxtımız azdır. Mühacir qrup artıq İsveçdə bir evdə toplanmışdılar, amma işə Varşava ravvinləri qarışdı. Fələstindəki ali sosyal təbəqənin təsirindən çəkinərək, onlar repatriasiyanı qadağan etdilər və hətta terroristik hədələr gəlməkdən də çəkinmədilər. Nəticədə qrup dağıldı və təşkilatçıları Baal Sulam tutduğu hakim vəzifəsindən uzaqlışdırıldı.
Sözsüz ki bu onu dayandıra bilmədi. Kabbalist 1921-ci ildə, demək olar ki heç bir vəsaiti olmadan öz ailəsi ilə Qüdsə gəldi.

Sevginin oyanması.

Qırxıncı illərin sonu idi. David Ben-Qurionun Tel- Əvivdəki evi. “Xalq administrasiyasının” rəhbəri, onündə oturan “ortodoksun” sözlərinə heyran olmuşdur…biraz yaxınlaşaraq biz onların söhbətinə qulaq yoldaşı olaq.
– David, qonaq, həyəcanla deyir,
– Burda müstəqil və xoşbəxt olkə qurmaq üçün, biz içimizdə gizli qalan, həqiqi sevgini alovlandırmalıyıq. Mütləq elə etmək lazımdır ki, dövlətin verdiyi təhsil nəticəsində onun vətəndaşları bir- birinin qayğısına qalsın. Ancaq bu zaman bizim güvənli bünövrəmiz olar ki, bununla da həqiqətən xalq ola bilək..

Ben Qurion rəvayət edir – “Dəfələrlə Baal Sulamla görüşüb, kabbaladan, ölkənin gələcəyindən danışmışıq”. Baal Sulam dəfələrlə onu öz inqilabi baxış tərziylə təəccübləndirib. Baal Sulamın sözləri Ben Qurionu nəyi ilə belə cəlb edirdi? Baal Sulam xalqımızın daxili mahiyyətini və təyinatını anlayırdı.

O bilirdi ki, İsrail xalqı ancaq ilahi qanun olan sevgi və paylaşmaya uyarsa, var olacaq. Ben Qurionla görüşlərdə o yenə və yenə təkrar edirdi: “Bizim ortaq məsələmizi həll etmək və burda xoşbəxt cəmiyyət yaratmaq üçün, özümüzdə yaxınımıza qarşı sevgi qığılcımı oyatmalıyıq. Əks təqdirdə ölkədə, gec- tez, krizis olacaq”.
Onun yeganə həmsöhbəti Ben-Qurion deyildi. Rav Yequda Aşlaq o illərin bütün liderləri ilə, hansıki onların sırasında İsrailin ikinci baş naziri-Moşe Şaret, üçüncü baç nazir- Zalman Şazar, yazıçı və şair, beş çağırış Knesetin üzvü olan- Moşe Şaret, sionist işci hərəkatının liderlərindən biri olan – Xaim Arlozorov da var idi.
Zahiri fərqlər və mentalitetin bənzər olmaması Baal Sulamı narahat etmirdi. Onu bir fikir maraqlandırırdı- bu da İsrail xalqının gələcəyinin qayğısına qalmaq.
Hətta şənbə çörəyini kəsdiyi biçağında da ürəyində həkk an sözlər həkk olunmuşdı : “Medinat İsrael” (İsrail dövləti)

Fəaliyyətə başlamaq vaxtıdır.

“Mən şadam ki, elə bir çağda doğulmuşam ki, artıq kabbala elmini xalqla paylaşmaq olar”.
Baal Sulam ” Kabbalanın tədrisi və onun mahiyyəti”

O dövlət məmurları ilə görüşlə kifayətlənmir və bütün vaxtını kabbala metodunu yaymağa həsr edirdi. Artıq 1933- cü ildə o xalqın birliyinə aparan məqalələr silsiləsi dərc etdirdi. Bunların ilkinin adı “Fəaliyyətə başlamaq vaxtıdır” məqaləsi birmənalı şəkildə Baal Sulamın niyyətinə şahidlik edir. Kabbala elmini bizim çağımız üçün uyğunlaşdırmaq vaxtıdır. Bu yerə kimi o yeddi möhürün arxasında gizli qalırdı, amma artıq vaxt yetişib. Bəşəriyyətin artıq buna ehtiyacı var və buna görə də bütün dövrlərin kabbalistlərinin nümayəndəsi kimi Baal Sulam bunu bütün dünyaya açır.
Sən demə məqalələr hələ zəncirin ilkin halqası imiş. Baal Sulam ARİnin, -müasir kabbalanın banisinin çalışmalarına şərh yazır, və bunlardan möhtəşəm yaradıcılıq incisi hazırlayır- “On sfirotun tədrisi”. Önsözdə o qeyd edir ki, bu kitab imkan verir ki, dövrümüzdəki hər bir kəs – “mən niyə yaşayıram?” Sualına cavab tapa bilsin.
“Ancaq kabbalanın xalq arasında kötləvi yayılması yolu ilə bütünlüklə intibaha nail ola bilərik” – deyə, kabbalist, təkcə kabbala ilə tanış olanlara deyil, istisnasız olaraq bütün xalqa müraciət etməyi təsdiq edirdi. Buna görə də biz, tədris mərkəzləri açmalı, kitablar yazmalıyıq ki, bu elmin xalq arasında yayılmasını sürətləndirək”

Dostlar, gəlin əl – ələ tutaq.

1940 cı il 5 iyunda Baal Sulam misli görünməz addım atmaq qərarına gəlir. O, kabbalanın əsas prinsiplərini müasir dilə çevirir və tarixdə ilk dəfə kabbalistik qəzet dərc etdirir, onun adı “Xalq” olur, Bu vəsait vasitəsi ilə o, xalqa tək bir çağırışla müraciət edir: “birləşmək mütləqdir”. Əfsuslar olsun ki, pis niyyəti olanların səyləri nəticəsində britaniya dövləti qəzeti bağlayır. İnsanlara birlik, vəhdət, sevgi prinsiplərini çatdırmaq istəyən misli görülməmiş yeganə qəzet birinci nömrəsindən, yarımçıq qalır.

Ancaq Baal Sulam, kabbalanın yayılmasına qarşı olanların basqınları önündə əyilmədi. Onu hər kəs üçün əlçatan etmək arzusu ilə o , həyatının çalışmasına – “Zohar” kitabına “Sulam” (pilləkən) adlı şərh yazmağa başladı.

Mümkün olanın astanasında.

Tel-Əviv. Bünövrəsi zəif olan quruluş, demək olarki xarabalıqdır. Həyatının yeddinci on illiyinin sonunda Baal Sulam uzun sürən saatlarla köhnə çap maşının önündə belini əyir, çətinliklə yazı yığır. Yazı qurğuşunu artıq onun sağlamlığına geridönməz zədələr vurmuşdur, amma kabbalist təlaşa qapılmır. Əksinə, gözlərində sevinc, o, dikəlir, nəfəs alır və işinə davam edir. Qələminin altından kitabları cild cild dərc olunur, amma ard-arda keçirdiyi iki ürək tutması onu haldan salıb. Lazım olan periodu istirahət etmədən o, çətinliklə yataqdan qalxır və yazmağa davam edir. Gündə 18 saat çalışır, və nəhayət onu yuxu aparanda həyat yoldaşı onun artritdən zədələnmiş əllərindən karandaşı almaq üçün, barmaqlarını açmalı olurdu.

Axırıncı qüvvəsini toplayaraq Baal Sulam qarşısına qoyduğu işi yerinə yetirir. Şərh hazırdır. Bu nəhəng işi bitirdikdən sonra, o professional yazı yığan tutmağa vəsaiti olmadığına görə, ozu tipoqrafiyada durur və kitabını çapa özü hazırlayır. Stəkan stəkan kofe içir- yuxuyla mübarizə etmək lazımdır ki, vaxt çatsın.
***
Baal Sulam bütün həyatını xalqa həsr edib. O, bir dəfə müstəqillik uğrunda müharibə zamanı, həddsiz həyəcandan titrəyəndə, kimsə sual vermişdi:
– niyə frontdaki hadisələr haqqında belə narahat olursunuz?
-çünki hiss edirəm ki, döyüşçülər ordadır- onlar mənim balalarımdı deyə cavablandırmışdı.
Məhz bu cür. Atanın, oğluna verdiyi nəsihət kimi Baal Sulam bizlərə deyir:
“Sevimli balalarım, ayrılıq əvəzinə, işıq və sevgi yolunu tutun, ancaq onda biz xoşbəxt olacağıq…”

Rav Yequda Aşlaq öz missiyasını yerinə yetirdi. O bizə öz həyatının çalışmasını – hamını, hər kəsi Ali aləmlərin pillələri ilə mükəmməlliyin zirvəsinə aparan kitablarını bəxş etdi. İndi bizə düşən is , heç olmasa onun bizə hazırladığı xəzinəyə doğru birləşmək istəyidir.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

187 - 0.122