kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Kabbala nə ilə məşğul olur?

kabbalhaKabbala- insana həyatın mənasını açıqlamaqla məşğul olur. Hər bir insan hansısa bir mərhələdə, öz-özünə həyatın mənası haqqında sual verir. Xüsusilə, uşaq və gənclik dövründə bu sual daha kəskin şəkildə olur, daha sonra onlar bir qayda olaraq, bunu unudur, bundan uzaqlaşır-həyat belə qurulub: insan, cavab tapa bilmədiyi sual haqqında, əbədi düşünərək özünə əziyyət verə bilmir.
Çünki cavab ancaq bir qaynaqda- əsrlər boyu ancaq seçilmiş kəslərə açılan Kabbala elmindədir. Nəsillər gəlib gedirdi, ancaq təkcə bizə, sonuncu çağın nümayəndələrinə imkan verilib ki, bu suala ən tam bütöv cavab alaq.
Amma elə günümüzdə də, Kabbalanın gizli təlim olmaqdan çıxdığı, demək olar ki hər bir müasirə əlçatan olduğu bir dövrdə,bu elm ancaq böyüyüb, hətta qocaldıqdan sonra belə özünə bu uşaqlıq, gənclik sualını – “mənim həyatımın, bütün bəşəriyyətin həyatının mənası nədir “- sualını verməkdən imtina etməyən kəslər üçün nəzərdə tutulmuşdur.
Bu sualı çox kəskin şəkildə duyan kəslər Kabbalaya gəlir. Onlar öz gündəlik həyatlarında tam təmin olunma ala bilmirlər. Onlar nə maniyadan, nə depressiyadan əziyyət çəkmirlər-sadəcə onlar bu həyatda mənəvi komforta nail olmurlar. Niyə? Kabbala bu suala cavab verir.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

185 - 0.110