kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Adəmdən Nuha Kimi

babilİlk dəfə Adəm yaradılış sisteminin həqiqətinə nail olmuş və insanın son hədəfinin ali vəziyyətə – Yaradan səviyyəsinə çatmaq olduğunu və buna bütün gələcək nəsillərin də nail olmalı olduğunu aşkarlamışdır.

Buna görə də, o dərhal üç tələbə qrupu yaradaraq, onları oğulları adlandırdı və kabbalanı yaymağa başladı. Amma bu onun fiziki yox, mənəvi oğulları idi- hansı ki, onlar öz müellimlərindən bir pillə aşağıda idi və ondan bu pilləyə necə ucalacaqlarını öyrənirdilər. Buna görə də, ata və oğullar- bu, iki pilləni göstərir. Onların arasında qan bağı yox,kabbalistik bağ var idi. Adəmin tələbələrindən üç cizgi ayrıldı, Sim, Xam və Yefet. Simdən başlayan cizgi daha sonra inkişaf etdi, amma digər ikisi dalana dirəndi. Amma orta cizgini ayırd edib, qabartmaq, formalaşdırmaq üçün digər iki cizgi də əhəmiyyətli idi. Və bu şəkildə illər ərzində Adəmin məktəbindən, Qədim Babilə kimi kabbalistlər pleyadası inkişaf etmişdir: on çağ Nuha kimi, on çağ da Nuhdan sonra. Hər bir çağda da, Yaradanla daha çox əlaqə qurmaq və bizim dünyanı idarə edən qüvvələri dərk etmək kimi xüsusiyyətlər özünü daha çox biruzə verir.

Nuhun dövründə, təsvir edilən, Nuh gəmisi rəvayətində Yaradanın dərk edilməsi sisteminin analiz və aydınlığa çıxması, Yaradanla yaxınlaşma prosesi açıqlanılır. Nuhun bütün tələbələri Lütf etmə və Yaradana uyğun olma xüsusiyyətləri içində, özlərində cansız, bitki, heyvan və insan hissələrini bir mənəvi kapsulda (gəmidə) birləşdirərək, vəhdətə nail oldular. Onlar bu şəkildə “dünəvi daşqın” adlanan pillənin öhdəsindən gələ bildilər. Və suda boğulmaq əvəzinə onlar öz içlərində suyun bütün xüsusiyyətlərinə- həyat xüsusiyyətinə, paylaşma xüsusiyyətinə yiyələndilər. Onların içində gedən bu dəyişiklik – bütün dünyaya başlanğlc verdi. Nuh elə bir dəyişmə nöqtəsini simvolizə edir ki, bu- kabbala öyrənən insanların – alleqorik olaraq su kimi təsvir edilən- paylaşma xüsusiyyətinə nail olmasıdır. Öz üzərlərində bu inqilabı yaşayaraq ,onlar bu nöqteden düzgün istifadə etməyi və onu inkişaf etdirməyi öyrənirlər.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

186 - 0.107