kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Terrorun Metastazları

D-r Mixael Laytman, beynəlxalq terrorun radikallaşması və İŞİD- in qələbəsi haqqında.

terrorYarım il, bir il əvvəl İŞİD harda idi? Duran yerdə, bu qədər geniş miqyaslı əməliyyatlar aparmağa pulu hardandır? Öz arsenalını harda gizlədirdi? Tibbi yardımı, təchizatı hardan alırdı və.s?

Axı belə birdən, səhra şəraitində müharibə etmək mümkünsüzdür. Bundan ötrü bir neçə min insan saxlamalı, onların ehtiyac və tələblərini yerinə yetirməlisən. Eləcə de ordu hissələrinin arxasında, silah sursat, qida təchizatı, tibbi yardımın təşkili, logistika və s. kimi nəhəng təchizat mexanizmləri durur. Yaxın şərq qruplaşmaları da, istisna deyil. Onlara da döyüşcülərinə xidmət etmək üçün- çoxsaylı işci lazımdır.

Burdan görürük ki, söhbət böyük pulları və saysız imkanları olan nəhəng bir təşkilatdan gedir. O təşkilat ki, bütün dünyaya yayılıb, planlı propaqanda aparır və öz sıralarına nəinki yaxın şərq regionundan, hətta inkişaf etmiş qərb ölkələrindən də, çoxsaylı insan cəlb edir.

Bu, böyük bir ağilla hərəkət edən dünyəvi şəbəkədir. Onun bağları, “başı” və dəqiq subordinasiyası var.

Necə oldu ki, biz bunun fərqinə təzəliklə varmışıq? Əgər indi de bundan bəhs edilməsəydi, biz bu haqda heç bilməyəcəkdik? Doğrudanmı heç kim əlini nəbzinə tutmamışdı? Hər yanı bürüyən və hər cür lazımı vasitəsi, yerli bazaları və casusları və.s olan Qərb kəşviyyatı və hərbi təsisçilər də heç nə bilməyib?

Doğrudanmı, biz bu qədər avamıq ki, sətənəti dünyaya uzanan bu yeni hökmranın anidən gəlməsi haqda “uşaq nağıllarını” bizə sata bilərlər? Onun saray əhlinin içində – müxtəlif ölkələrdən gələn insanlar var, və bu təsadüfi deyil, necəki, amerikan jurnalistin başını kəsən kəsin britaniya vətəndaşı olması da təsadüfi deyildi.

Bir sözlə, biz, baş verənlərin əsas səbəbini anlamırıq. Hesab edirəm ki qərb liderləri problemi hələ bir müddət də ört basdır etməyə ümidliydilər. İnanmıram ki, onlar bundan xəbərsiz olublar, və bunu müzakirə etməyiblər. Sözsüz ki, bu cür suallar həmişə konsultasiyaların mövzusu olur.

Nəticədə görürük ki, bədbəxt bəşəriyyət, ancaq özü haqda daim “daha necə edimki, öz postumun və vəzifəmin müddətini bir az da uzadım və bir az da bu və ya digər imtiyazlardan faydalanım”- fikrində olan hakimiyyətin əlinin altındadır.

Onlar bu cür də davam etməyə hazırdılar. Əgər İŞİD aktiv şəkildə çağırışlara başlamasaydı, ona bir az da öz şəbəkəsini möhkəmlətməyə icazə verərdilər. Heç kimin heç nə vecinə deyil. Dünya hər bir insanın və hər bir ölkənin eqoistik münasibətinə görə, xarabaya dönüb. Bizim aramızdaki yırtıq elə böyükdür ki, heç kim heç kimin qayğısına qalmır. Biz, bizi ümumiləşdirən cəhət haqqında düşünəcək halda deyilik. İnsan ancaq özünü düşünür və bugündən sonrasına, maksimum sabaha, ümid edir, ondan ötəsinə yox.

Bax gör, nələrə nail olmuşuq, bax, gör necə bizim eqoizmimiz sərt və səbrsiz olub.

Buna görə də, dövlət məmurlarından hansısa xüsusi kampaniya gözləmirəm. Bombardmanlar bu yerdə kömək etməyəcək. Terror təşkilatına qalib gəlmək olmur- bu artıq məlumdur. Axı onlar ideologiya baxımından güclüdürlər, ideologiyanın əleyhinə yalnız digər ideologiya işləyə bilər.

Hərbi tədbirlər hələki lazımlıdır, amma bunun bizə qələbə gətirəcəyinə və İŞİD in varlığına son qoyacağına ümid etmək lazım deyil. Xeyir, o yox olmayacaq. Bu cür terror təşkilatları yox olmur- onlar dəyişir, transformasiyaya uğrayır, birləşir, ayrılır, amma hələ heç kim onların kökünü kəsə bilməyib.

Biz buna İsraildə şahid oluruq: Həmasla mübarizədən məlum olur ki, ona nə qələbə çalmaq, nə hansısa sövdələşməyə getmək mümkün deyil, çünki bugün imzalanan kağızların, sabah artıq heç bir dəyəri yoxdur. Bu, hamıya məlumdur, ona görə də, bu və ya digər danışıqlar- gözə kül üfürməkdən başqa bir şey deyil.

Bu həm də bütün bənzər təşkilatlara aiddir. Fələstin iqtidarına, heç olmasa ən azı İordaniya, Suriya və.s kimi razılaşmanı qoruya bilən hakimiyyət gəlməyincə, bizim heç bir perspektivimiz yoxdur. Bu zaman hansısa stabillikdən, öz sözlərində dura bilən hakimiyyətdən söhbət gedə bilər. Amma hələ ki, öldürülmüş terrorçuların yerinə yeniləri gəlir, və heç nə dəyişmir.

Təkcə ideologiya təsirli silah ola bilər.
Və ideologiya – bu çox bəsitdir.

Axı mahiyyətcə İŞİD nə istəyir? O, birlik istəyir, özünün qara bayrağı altında hamını birləşdirmək istəyir. Buna görə də ona qarşı ideya yönəlməlidir: biz hamını birləşdirəcəyik amma öz bayraglarımız altında, bunların rənginin önəmi yoxdur, əsas odur ki, onların ətrafında insanlar sıx şəkildə birləşsin, İŞİD- in bəyan etdiyi şuardaki kimi : “Bizə hər bir kəs qoşula bilər”. Bəşəriyyət bu cür etməlidir- ümumi birlik uğrunda çalışmağa başlamalıdır.

Bax, bu zaman demək olar ki, biz bütün terror təşkilatları ilə, ümumiyyətlə, dünyada olan bütün pisliklə -mübarizəyə başlamışıq. Yalnız bir vasitə var- tədris- təhsil sisteminə, bir olan, inteqral olan dünya qanunlarının izahını əlavə etmək.

– Bütün səylərə baxmayaraq, terror zamanla daha da radikallaşır. Əvvəlki, bilinən təşkilatlardan, daha da qəddar və ekstremist olan yeniləri cücərir. “Əl- Qaidə” ilə mübarizə uğur gğtirmğdi. Daha da pis, ondan İŞİD yarandı və öz qantökən çağırışlarında yeni pillə fəth etdi. Terroristlərin zəif nöqtəsini tapmaq olar? Ki, bu “axıl dabanı” vasitəsi ilə onlara təsir edək?

Biz onlara heç vaxt təsir edə bilməyəcəyik. Onların qarşısını kəsəcək yeganə yol- dünyanın birləşməsidir. Belə olan halda, terrora qoşulan insan seli azalacaq, əksinə onların insanları bizim tərəfə axışacaq. Axı biz də birliyə çağırırıq, amma ümumi olan, sərhədsiz, fərqliliklərdən asılı olmayan birliyə. İstər qara ol, ağ ol, qırmızı ol, istər xristian ol, yəhudi, müsəlman, hindus ol- fərqi yoxdur. Dünyanın bütün insanları və xalqları ümumi birlik qüvvəsi ilə birlikdə ortaq bünövrə, bir bəşəri ailə quracaq.

Təbiətin qanunları belədir, bizdən bir birimizlə inteqral qarşılıqlı əlaqə içində olub, vəhdət, tarazlıq tələb edir. Əgər biz bu şərti yerinə yetirsək, bizə yaxşı olacaq, terrorçu təşkilatlara pis.

Təbiət daima vəhdətə və birləşməyə can atır. Onun əsasında- bütün hissələri bir- biri ilə bağlı olan- bir olan inteqral sistem durur. Buna görə də, tarazlığı qorumaq üçün və Təbiətdən maksimum dərəcədə müsbət, dostluq qüvvələrini almaq üçün, biz də bu sistemə qoşulmalıyıq.

Buna görə bütün bəşəriyyeti bir ailədə birləşdirməliyik- bu zaman biz təbiətlə həmahəng olarıq. Homeostaz qanunu belədir, xüsusiyyətlərin üst üste düşməsidir.

– İŞİD – in nəyə görə bu cür cazibə qüvvəsi var?

Bu əminlik qüvvəsidir. Qara bayraq altında duraraq, insan əmindir ki, onun dəstəyi var, məqsədi var. Buna görə də, qururla başını qaldırır, və dünyanı fəth etməyə gedir.

– Bizə bir qüvvə, bir düşmən təhlükə törədərək, ona qarşı birləşməyə sövq edir- bu faktın bir mənası var? Bu qlobal düşüncədə bir dəyişiklik edəcək?

Düşünmürəm ki, bizim birləşməyimizin məqsədi – bu qüvvə ilə müharibədir. Pisliyə qarşı birləşmək- hardasa onun cizgilərini almaqdır. Təbii ki, ordu terrorçularla qarşıdurmada olmalıdır, amma onları bu şəkildə birdəfəlik dayandırmaq imkanımız yoxdur.
Buna görə də, biz, vətəndaşlar özümüzlə məşgul olmalıyıq-bir- birimizlə birləşməliyik.
Əks təqdirdə elə həmin İŞİD və ya digər bənzər, daha güclü və qəddar təşkilatlar, onsuzda bizi bunu etməyə məcbur edəcək.

Baxın: İŞİD özünü göstərməyə vaxt tapmamış, qərb və ərəb ökələri, birgə strategiya uğrunda qarşılıqlı əlaqələrə başladılar. Başqa sözlə İŞİD bizə kömək edir ki, cəm olaq, birləşək- Sözsüz ki o, birbaşa yox dolayı yolla təsir edir. Ölümün özü, həyata xidmət edir. Necə ki, öz dövründə Firon İsrail oğullarını öz missiyalarını yerinə yetirməyə sövq etmişdi. Amma bunu gözləməyin nə mənasi var?

– sizin proqramın uğur qazanmağa nə qədər şansı var? Çünki, cəhdlər çox olub. Dövlət öz şəxsi marağı üzərinə qalxa biləcək? Axı, son nəticədə məhz bu qüvvələr, sövdələşmələrin başlaması və bu yolda addımların atılmasına rəva verməyiblər?

Mənim əminliyim buna əsaslanır ki, inteqral münasibətlər artıq tarixdə istifadə olunub və insanlar çox uğurlu şəkildə birləşə biliblər. Bunu İsrail xalqı edib. Buna görə də biz, bu günə kimi bəşəriyyətin boğazında “kal alma kimi” qalan xüsusi xalqıq.
Məsələ bundadır ki, biz bu proqramı təqribən min beş yüz il həyata keçirmişik və onun sayəsində təmamilə başqa cür həyat yaşamışıq. Məhz bu bizə icazə verib ki, dünya haqqında məlumat alaq və bunu müxtəlif dinlər və inanclar vasitəsilə, eləcə də mədəniyyət, təhsil, elm, incəsənət və.s vasitəsilə xalqlara ötürmüşük. Bütün bunlar, ordan -yeni bir pilləyə yüksəlməyə icazə verən birliyimizdən gəlir.
Belə olan halda, bizim metodikamiz var. Raziyam, uğursuzluqlar olub, amma bu metodikadan siz heç vaxt istifadə etməmisiniz.
– yoxsa siz bizə din təklif edirsiniz?
Xeyir, bu din deyil. Mən sizə praktik metod təklif edirəm, dinlərlə, inanclarla, dərinin rəngi ilə, milli mənsubiyyətlə və s, heç bir əlaqəsi olmayan bir metodika. Biz çinli, yəhudi, avropalı, afrikalı götürə bilərik, fərqi yoxdur məhz kimi götürək və onları birləşdirə bilərik. Heç kim öz dinini, inanclarını, vətəndaşlığını və.s dəyişməməlidir. Hamı bərabərdir və etirazsız şəkildə buna hazırdır.

Din burda heç bir rol oynamır. Ümumiyyətlə heç bir din birləşməyə aparmır. İnsanları nəyinsə altında birləşdirməyi ya nasist ya terrorçu təşkilatlar bacarir. Onlar buna öz əyri yanaşmaları ilə nail olurlar, bu səhv yanaşma onları başqaları üzərində xüsusi mövqe sahibi edir.
Biz isə əksinə, birliyə, bütün bəşəriyyəti cəlb edirik, hec bir sərhəd qoymadan.Təki arzusu olsun, hazır olsun- başqa heç nə tələb olunmur. Əgər bunu istəyirsənsə, deməli buna qabilsən.
– Gəlin İŞİD-a qayıdaq, hansi ki bütün müsəlmanları “düzgün” inama sövq edir. Nəticədə ərəb dünyası biraz da dərin şəkildə daxili müharibənin astanasına gəlir.

Bu mərhələ tez sonlanacaq. Və hamı – İŞİD kimi olacaq. Müasir dünya tendensiyası belədir- daha sərt və qərarlı olanın qalibiyyəti ilə sonlanan qanlı qarşıdurmalar.

– Amma yenə də, niyə İŞİD qalib gələcək?

Çünki onda ruh yüksəkliyi var. Burda məsələ heç də zəbt olunmuş silahda və ya döyüşçünün hazırlığında deyil. Terrorist təşkilat təbiətcə məğlubedilməzdir.
Gözümüzün önündə Həmas nümunəsi durur. Əgər Qəza bölgəsinə girib, onu kökünə kimi təmizləsən, terror başqa görüntüdə canlanacaq. Başqa insanlar gələcək və onu yenidən təşkil edəcəklər. Axı bu sadəcə dağıda biləcəyin nə ölkədir, nə də dövlət təşkilatı.

Terror təşkilatı- sanki metastazlar verən xərçəngdir: burda olmaz, onda orda. Zədəli ayağı kəs- onlar digər orqanlarda bütün bədəni elə keçirənə kimi daha da böyük qüvvəylə törəyəcəklər.

Buna görə də müasir dünyanın terrora qarşı real cavabı yoxdur. Necə ki, xərçəngə qarşı da cavabı yoxdur. Əsas vasitə “digər orqanları”, terrorçulardan başqa, yerdə qalan hamısını hazır etmək. Bu zaman sağalmış orqanizmə, heç terrorçu metastazlarla mübarizə aparmag ehtiyacı qalmayacaq. O sadəcə yüksəklərə ucalacaq amma bircə birlik olmaq şərti ilə. Bizim birliyimiz terrorizmə üstün gələcək.

Beləliklə, terror- bu müasir dünyanın xərçəngidir. “Ənənəvi tibbin” xilas edə bilmədiyi xəstəlikdir. Onunla birbaşa mübarizə aparacaq “medikament” yoxdur. Amma təsirli “müalicə kursu” var- bu da “bədənin digər üzvlərinin” birləşməsidir.

Bundan başqa, terrorun ilkin səbəbi ondadır ki, bəşəriyyətin “orqanları” öz aralarında lazımı şəkildə birləşməyib. Mahiyyətcə terror- “bədənin” daha pis funksiya göstərən yerini bizə işarə edən indikatordur.

Həmçinin xərçeng bir birini təmin etməyən orqanların səhv qarşılıqlı əlaqəsi və səhv funksiyasından xəbər verir. Anidən proqramda olan bir “buğ” xərçəng hüceyrələrini ətrafı yeməyə məcbur edir – çünki ətraf özü qüsurlu hərəkət edir. Bununla da o, şişin yaranmasına gətirib çıxardıb və indi orqan və toxumaların zəifləmiş əlaqəsinə görə, bunun öhdəsindən gələ bilmir.
– Terrora qayıtsaq: bəşəriyyət məhz nəylə bu bəlanı yaradıb? O, nəyi düzgün etməyib?

Yaxşı olar ki, bəşəriyyət daha böyük birlik əsası üzərində inkişaf etsin. Amma biz, tarix boyu get gedə daha da çox, konfliktlər, problemlər, bəla və müharibələr əsasında inkişaf etmişik, o dərəcədə ki, tək bir bütünün, ayrı ayrı hissələri arasındaki elaqəni itirmişik. Hər bir kəs, öz şəxsi mənfəəti xətrinə, dünyanı məhv edə bilərlər. və.s

Nəticədə çoxlu sayda çatlar əmələ gəldi- elə yerlər ki, burdan terror təşkilatların, ölümcül “şiş” ləri inkişaf edə bildi. Və təəcüblü deyilki, bünlar hər yanda əmələ gəlir, amma çoxu hələ özünə diqqət cəlb etmir.

Məsələ bundadır ki, bəşəriyyətin ümumi orqanizmi, sağlam bədənə xas şəkildə işləmir. Əks təqdirdə bizdə bu “metastazlar” olmazdı.

Deməli, bədəni inteqrallığı öyrənməklə müalicə etmək lazımdır. Bunun köməyi ilə, ümumbəşəri orqanizmin bütün hissələri düzgün qarşılıqlı əlaqə yaradacaq, bir birinin qayğısına qalmağa başlayacaq, və biryerdə, bir ailə kimi yaşayacaqlar. Sağlam orqanizmin orqanları məhz bu cür- bir biri ilə harmoniyada olaraq “yaşayır”.

Və bu zaman “xərçəng şişləri” itəcək. Sağlam Ümumi birlik və sevgi qüvvəsi, kiçik olan terroristik birlik qüvvəsinə qalib gələcək. Bu təşkilatlar sadəcə itəcəklər. Onlarla müharibə etməyə ehtiyac qalmayacaq, çünki var olmaq üçün bütün imkanları itirəcəklər.

Və əksinə, bu gün onlar, bizim eqoizmimiz, zəifliklərimiz, parçalanmağımız, bütün dünyanın apardığı dar eqoistik siyasət üzərində durur və çiçəklənirlər…

Birlik qüvvəsi, əslində ən vacib, ali, ən güclü qüvvədir. O, dünyanın xilqətinin bir sistem olduğunu dəstəkləyir və onu hərəkətə gətirir. Ancaq, yaxınına özün kimi bəslənən sevgi bizi bütün ziddiyyətlərin və fikir ayrılıqlarının üzərinə qaldıracaq.

Belə çıxır ki, terror ideologiyasını, birlik ideologiyası ilə qarşı qarşıya qoymaq lazımdır. Bu qarşıdurmanın mahiyyəti nədir?
Terrorun ideologiyası – bu dar bir konsepsiyadır, hansı ki bununla, hansısa bir qrup özünə istisnasız şəkildə vəzifə götürür. Bütün dünyanı qorxudaraq, özünün qara bayrağı altında birləşdirmək istəyir. Özünün qəddarlığıyla o çox sayda fədai cəlb edir. Axı insanlar qüvvə, birləşmək, güvən axtarır, insanlar daha az düşünərək, sadəcə özünün hər əməlinə bəraət vermək istəyirlər.

İnsana bıçaq, silah, tank veriblər, bütün sualları, tərəddüdləri aradan götürüblər və deyiblər: “öldür onları! Əz onları!” Eqoizm üçün bu ən bəsit və fərəhli işdir, bu insan bunu yerinə yetirdikcə, əsl həzz alır.

– Bəs vicdan əzabı?

Onun başını belə şeylərdən “təmizləyiblər”. O emindir ki, öldürmək olar və bu gərəklidir. Onun inancları sadədir: “Əgər kimsə bizim sonu süqutla, korrupsiyayla, bidətlə, bütpərəstliklə sonlanacaq dünya üzərindəki hakimiyyət ideyamızla razı deyilsə, əlbətdə ki, bu insanı öldürmək lazımdır. Axi o, dünyanın yaxşı düzəninə mane olur. Biz ancaq dünya üçün yaxşı olanları saxlayacağıq. Razı olmayan isə özünün cahil həyatının bədənin qanı ilə ödəyəcək, təmizlənəcək, əslində mən ona kömək edirəm… ”

Nəticədə doyüşçülər özlərini terrorçu hesab etmirlər, onlar üçün qan tökməyin mahiyyəti- bütün dünya üçün müqəddəs müharibədir.

Şuurdaki bu inqilab çox sürətlə gedir. Hardasa, yarım saata minlərlə insanı təsir altına salmaq olar.

Axı müasir demokratiya insanlara lazımı qiymət vermir, o özbaşınalığa, bazara, bir heçliyə, boş bir məfhuma çevrilib. Bu gün demokratiyanın simvolu olaraq, kimi göstərə bilərik? Bu insan, bu ölkə, bu təşkilat haradadır?..,

Buna görə də, əsaslı bünövrə, insanların arasındaki fərqlərdən yuxarı ucalan- hamını bir sıraya düzən – bəşəriyyəti bərabərlik bayrağı altında cəm edən, ümumi birlik ideologiyası olmasa, heç nə edə bilmərik. Bu zaman hamı güvən əldə edəcək, qarşılıqlı əlaqədə olmağı öyrənəcək, təbiətle ahəngdə olaraq, bir- birini təmin edəcək və onlarda gizli qalan, birlik gücündən istifadə edəcəklər.

Biz heç kimə qarşı çıxmırıq, biz kimsəyə nifrət etmirik. Əksinə, biz ancaq aramızdaki qarşılıqlı sevgini hamıya bəlli olan prinsipə qədər artıra bilərik- “yaxınını özün kimi sev”. Və bunu “olduğu kimi”, bir insanı belə arxada qoymadan, həyata keçirmək bizim borcumuzdur.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

186 - 0.118