kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Mən kiməm?

Mən kiməm?

 

“Mənə ürəyində iynə ucu qədər yer aç, mən də sənə bütün dünyaların qapılarını açım”

“Mən kiməm” deyiləndə mən sözünü sadəcə bədəndən ibarət varlıq olaraq anlamaqdan daha çox, hər kəsin daxili dünyaya sahib olduğunu, özünə məxsus, özəl mən`i olduğunu və bu mən`in özünə bağlantılı olan ruh daşıdığını bilməliyik. İnsan mən`ini müxtəlif fenomenlərin bir yerdə və ahəng içində işlədiyərək formalaşdırdığını anlamağımız əsas olduğu üçün bunları izah etmək ehtiyacı hiss etdik.

İnsan əzəldən bəri varlığımızın təməl suallarına cavab axtramışdır.

Bu sualların başında Mən kiməm?

Varlığımın məqsədi nədir?

Bu dünyaya haradan gəldim və haraya gedirəm?

Daha əvvəl bu dünyada olmuşammı?

Bütün gerçəkliyi anlaya bilərəmmi?

Özümü iztirab çəkməkdən xilas edə bilərəmmi?

Hüzura-Xoşbəxtliyə- Rahatladıcı sükunətə və tətmin edici doyuma necə çata bilərəm?

Tarix boyunca hər nəsildə insanlar kainatın sonsuz müammasını açmaq istəmişlər. Bu səbəblə elmi və bir çox başqa yollardan istifadə edərək bu suallara daima cavab axtarmışlar. Bu sualların bu günə qədər nəsildən nəslə keçməsi onlara hələ də tətmin edici cavabların tapılmadığını göstərir. Buna baxmayaraq xoşbəxt, hüzurlu, tətmin edici və sevgi dolu bir həyat yaşamağa hamımız ümid edirik. Təbiət və kainat araşdırmaları ətrafımızdakı hər şeyin bir yaradılış səbəbi olduğunu və dəyişməyən Sabit və Mütləq qanunlar zəncirinə uyğun işlədiyini göstərir. İnsan övladını təbiətin yaratdığı üstün varlıq olaraq qəbul edib özümüzü bu nizamın xaricindəymişik kimi görürük. Məsələn, məntiqli incələmə və bilgi nəticəsində təbiətin orqanlarımızı necə yaratdığını və funksiyasının detallarını hər bir hüceyrəsinə qədər görə bilirik. Ancaq hələ də bir suala cavab verə bilmirik: Bu yaşayan varlığın yaradılış səbəbi nədir?

Ətafımızdakı hər şeyi səbəb-nəticə əlaqəsinə görə təhlil edirik, yəni yaradılan heç nə səbəbsiz yaradılmadı. Fiziki bədənlərin dünyasında qəti hərəkət gücü və çevrilmə qanunları vardır. Bu qanunlara bənzər qanunlar bitki və heyvan aləmləri üçün də keçərlidir. Əsas sual, “Niyə yaradıldılar?” Sadəcə biz deyil, ətrafımızdakı hər şey niyə yaradıldı? Hələ cavabı olmayan bir sual! Bu dünyada bu sualı özünə verməyən kimsə vardırmı? Mövcud elmi teoriyalar dünyanın bizim təsir edə bilmədiyimiz sabit fizika qanunları ilə idarə olunduğunu göstərir. Bizim tək məqsədimiz bu qanunları ağıllı şəkildə istifadə edib gələcək nəsillərə üstündə gəzə biləcəkləri təməl daşlar olaraq hazırlamaqdır. Bəli, amma niyə? İnsanlıq təkamül nəzəriyyəsi ilə ən bəsit formdan inkişaf etdi, ya da həyat başqa planetlərdən gətirildi?

İki tarix var: doğum tarixi və ölüm tarixi. İkisinin arasında baş verən hadisələr çox xüsusi və hərəyə xasdır, yəni çox dəyərlidir. Ya da tərsinə, əgər həyatın bitməsi bir sondursa, sonsuz qaranlıqdırsa həyat əslində heç bir şey deməkdir. Bəs onda heç nəyi səbəbsiz yaratmayan bilgə, müdrik və məntiqli Təbiət haradadır? Ya da hələ kəşf edilməmiş təbiət qanunları və ya fərqində olmadığımız başqa məqsədmi var? Dünyanı araşdırmağımız sadəcə dünyanın hərəkətlərimizə verdiyi reaksiyalardan ibarət olur. Bu reaksiyaları beş duyğu orqanımızla- toxunma, eşitmə, iybilmə, görmə, dadbilmə- vasitəsilə hiss edirik. Bu araşdırmaları edərkən beş duyğu orqanımızın ötəsində qalan heç nəyi hiss edə bilmirik və təbii olaraq bunların varlığının ehtimalını da qəbul etmirik. Əksi olan altıncı hissimizin əksikliyini də hiss etmirik, eynilə altıncı barmağın əksikliyini hiss etmədiyimiz kimi… Doğuşdan kor insana görməyi izah edə bilmədiyimiz kimi… Buna görə də insan ondan gizlənmiş olan təbiət varlıqlarını sahib olduğu beş duyğuya əsaslanan metodlarla tapa bilmədi və heç vaxt tapa bilməyəcək.

Kabalaya görə bir ruh aləmi var. Ancaq bu aləm bizim beş duyğu orqanımız vasitəsilə hiss edilə bilməz. Bizim sistemimiz bu aləmin mərkəzində çox kiçik hissədir və planetimiz Dünya da bu mərkəzin ürəyidir. Bu bilgi, düşüncə və hisslər dünyasında maddi əsasda bizə təsir edən təbiət qanunları və ehtimallar, necə hərəkət edəcəyimizi müəyyən edir. Nə vaxt və harada doğulacağımızı ya da nə olacağımız mövzusunda, kimlə tanış olacağımız və hərəkətlərimizin qarşılığının necə olacağı barədə heç bir təsir imkanımız yoxdur.

Kabalaya görə insana dörd növ bilgi verilmişdir və insan bunların hamısını anlamalıdır:

  1. Yaradılan: Yaradılanın və dünyaların inkişafının nəzərdən keçirilməsidir. Yaradanın necə yaratdığı, material və ruh aləminin kəsişməsi, insanın yaradılmasının səbəbi…
  2. İşləmə mexanizmi: İnsan təbiətinin incələnməsi, ruh aləmi ilə olan əlaqəsi praktik Kabala adlandırılan üsuldur,
  3. Ruhların yolu: Hər ruhun təbiəti və getdiyi yolun nəzərdən keçirilməsidir.. İnsanın həm bu dünyada, həm də sonrakı dünyalarda necə davrandığının, niyə ruhun bədənə endiyini və bədənə özünə xas bir ruh verildiyini incələməsidir. Bu hissədə bəşəriyyətin tarixi və ruhların gəlib keçişlərinin sırası da incələnir.

4: Bizim dünyamızın nəzərdən keçirilməsi- hərəkətsiz, bitki, heyvan səviyyələri, təbiətləri, rolları və ruh aləmindən neə idarə olunduqları.

Ali İdarə və insanın Təbiət, Zaman və Yer məfhumarını idrakı, Üst Güclərin incələnməsi, material bədənlərin məqsədlərinə doğru yönləndirilməsi.

İnsan həyatının sirrinin onun kökənini sorğulamadan qavramaq mümkündürmü? Vaxtı gələndə bu sualı hər insan düşünür, gec ya da tez.

İnsanın mənəvi həyatı axtarışının təməlindəki sual həyatının məqsədi və mənasının nə olmasıdır. İyirminci əsrin ortalarından bu yana insanoğlunun dini anlayışları həyat şərtləri çərçivəsində yenidən formalaşdırdırdıqlarının şahidi oluruq. Texnoloji inkişaf və qlobal fəlakətlər bir çox fəlsəfi nəzəriyyə ortaya çıxarır, lakin insana ruhi tətmin qazandıra bilmir. Kabalanın açıqladığı kimi mövcud bütün zövqlərə qarşı dünyamıza sadəcə kiçik bir qığılcım düşdü. Bu qığılcımın material obyektlərdəki varlığı bizə zövq verir. Başqa sözlə insanın zövq aldığı bütün hisslər və fərqli şəraitlərdə yaşadığı təcrübələr sadəcə bu kiçik qığılcımın varlığından qaynaqlanır. Buna əlavə olaraq zaman keçdikcə insan davamlı olaraq yeni zövqlərin və təcrübələrin ümidi içərisində bu obyektlərin fərqli maddələr olduğunu və özündəki qığılcımın eyni olduğunu başa düşmədən yeni axtarışlar arxasına düşür.

Ruhun material dünyanı aşıb keçməsi lazım olduğunu anlaması və tətmin ola bilməsi üçün iki yol var:

  1. Kabala elmi
  2. Həyatın əzablı təcrübələri

Birinci metod, yəni Kabala çalışmaq və nəticə etibarilə zaman içində eqozimdən xilas olmaq. İkinci metod standartdır və bir anda ruhun aclığını qarşılamaq üçün yeni axtarış içində yeni bir qaynaq tapma cəhdidir. Bu aclığın doyumunu həyatın əzablarını təcrübə edərək gözləməkdənsə biz Kabala çalışmağı tövsiyə edirik.

 

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

186 - 0.119