Sual: Dünyada sadəcə pislik varsa “dünyada heç bir pislik yoxdur” ifadəsini necə anlamalıyıq? İnsanlığın qəddar və dəhşətli tarixi, müharibələr və xəyanət bunun sübutudur.
Cavab: Dünyada gördüyüm bütün pislik mənim içimdəki pislikdir, başqa sözlə yaxşılıqla tarazlaya bilmədiyim üçün belədir. “Bütün qınayanlar öz qüsurları ilə bunu edərlər” deyə yazılmışdır.
Nəticə çox sadədir: Əgər mükəmməl bir dünya görmək istəyirəmsə özümü mükəmməlləşdirməliyəm. Bunun belə olduğunu, lakin məntiqsiz və qeyri-real göründüyünü görəciyik. Ətrafımda gördüyüm hər şey mənim əksimdir. Belədirsə, ətrafımda pisliyin aşkara çıxdığını görəndə nə edə bilərəm? Mən özümü dəyişdirməliyəm!