Sual: Dostumda mənfi xüsusiyyət görürəmsə bunu tamamlamalıyam. Bunun mənası nədir?
Cavab: Təbiətin qanunlarında yanlış heç nə yoxdur. Və insanda da pis heç nə yoxdur- Bizim heç birimizdə! “Pis” bizim parçalanmağımızdan irəli gəlir, yəni siz onun dörddə birinə sahibsiniz, digəri yarısına, mən üçdə birinə və s.
Bu xüsusiyyətləri bir yerə toplayanda mənfi və müsbəti özünə daxil edən bütünlük xüsusiyyətini yaradırlar. Əslində mənfi xüsusiyyətlər ruh qırıldığı vaxt meydana gəldi və indi hətta müsbət keyfiyyətlər belə mənfi kimi görünür. Çünki onları tamamlayacaq heç nə yoxdur.
Düzətmə və islahın məqsədi aramızdakı ayrımı və məsafəyi düzətməkdir. Beynimizi bu istiqamətdə işlətməliyik: nə yaxşı var, nə də pis. Aramızdakı ayrılıq və məsafə pisdir. Bu səbəblə də hər zaman bizə mənfi görünən keyfiyyətləri görürük. Qırıq keyfiyyətin önünə gələ biləcək heç nə yoxdursa nə qədər müsbət olur olsun, gözümüzə mənfi görünəcəkdir.