XX əsrin böyük kabalisti Kuka Kabalayla kimin məşğul ola biləcəyi soruşulanda, cavabı konkret olaraq: “İstəyən hərkəs” olmuşdur. Son əsr içində bütün Kabalistlər, şübhəsiz, açıq şəkildə və hər fürsətdə Kabalanın bu gün hərkəsə açıq olduğunu bildirdilər. Əlavə olaraq, gələcəyini öncədən gördükləri bu gün qarşılaşdığımız qlobal problemlərin həllində Kabalanın vacib bir vasitə olduğunu dedilər.
Bütün Kabalistlərə görə Kabalanın gizli günləri sona çatdı. Kabala elmi keçmişdə gizli idi, çünki Kabalistlər ondan yanlış istifadə olunacağından və səhv başa düşüləcəyindən qorxurdular. Və, doğrusu, kənara çıxan bir az məlumat belə, onun haqqında yanlış fikirlər formalaşdırdı. Kabalistlər, nəslimizin Kabalanın həqiqi mənasını anlamağa və keçmişdəki yanlış fikirlərin təmizlənməsinə hazır olduğunu bildirdikləri üçün, indi bu elm öyrənmək istəyən hərkəsə açıqdır.