kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

İşləyən güc

İşləyən güc

Yaradılışda Yaradanın gücündən başqa heç bir güc yoxdur…

 Yaradılış müddətində Yaradanın gücündən başqa hər hansı bir şeydə dəyişiklik edə biləcək heç bir güc yoxdur.

Buna baxmayaraq, bəzən bu gerçəyin tam əksini görürük. Yaradanın xüsusiyyətini və yer üzündəki hakimiyyətini inkar edən gücləri niyə görürük? İnsanı düzəltmək üçün. Düzəltmə xarab bir şeyi təmir etməkdir. Xarab olan isə eqoizmimizin ölçüləridir. Yaradan bunu öz istəyi ilə belə edir.

İnsan təbiətindəki mənlik duyğusu insana sanki hər şeyi bilir və hər şeyə hakim ola bilir hissini verir. Ancaq vəziyyətin belə olmadığını, əslində hakimiyyətin insanda olmadığını, insanın öz təbiətində belə ən kiçik dəyişiklik edə bilməsinin yalnızca Yaradanın köməyi ilə baş verdiyini anlamalıyıq.

Biz mənəviyyatda hələ böyüməmiş uşaqlar kimiyik. Öz ayaqlarımız üstündə dura bilmirik. Nəinki yeriməyi, hətta ayaqüstə durmağı belə bacarmırıq.

Adət etmiyimiz dünyəvi həyatımıza qayıdırıq, çünki bu mübarizə dilemma mübarizəsidir. Bir tərəfdə mənəviyyat, o biri tərəfdə isə həyatın dünyəvi həzzləri…

İnsan bu vəziyyətin sonsuz davam etdiyini görür. Mənəviyyatda qısa müddət qaldıqdan sonra ordan yenidən dünyəvi həzzlərə yönlənirik.

İnsan mənəviyyatda düz irəliləmədiyini görür. Öz daxili dünyası xaricində qalan üst dünyalara çatmaq və Yaradana yaxınlaşmaq yerinə, gerilədiyini və özündə dünyəvi zövqlərə qarşı olan düşkünlüyün keçmişlə müqayisədə daha güclü olduğunu görür.

Mənəviyyatdan uzaqlaşdırılmağın bizə faydası budur: İnsan bu uzaqlaşdırılmalardan sonra mübarizədə tamamilə məğlub olduğunu hiss edərək Yaradana yaxınlaşmağın mümkünsüz olduğunu başa düşür. Davamlı olaraq mənəviyyatın xaricində qalma qorxusuna düşdüyü üçün Yaradandan başqa ona kömək edəcək heç kimin olmadığına qərar verir. İnsan verdiyi bu qərar sayəsində ürəyində Yaradana qarşı həqiqi bir tələb yaranır və Ondan qəlbini və gözlərini açmasını istəyərək özünü həqiqi mənada mənəviyyata yaxınlaşdırmasını istəyir. Aydındır ki, insana bundan əvvəl mənəviyyatda hiss etdiyi bütün uzaqlaşdırmalar Yaradan tərəfindən göndərilmişdir. Bütün bu uzaqlaşdırılmalar insana yerində saydığı hissi verməsinə baxmayaraq əslində insanın olduğu yerlə yetinməsinin qarşısını alaraq insanın mənəvi cəhətdən inkişafını təmin etmək üçündür.

Bu uzaqlaşdırılmalar insana gələn mənfi ünsürlərə davam gətirə bilmədiyi üçün etdiyi pis şeylərə cəza olaraq gəlməmişdir. Sadəcə onun mənəvi cəhətdən inkişafını təmin etmək üçün keçməli olduğu mərhələdir.

Bu müddətdə Yaradan özünə yaxınlaşdırmaq istədiyi insanlara bəhs olunan uzaqlaşdırılmalar vasitəsilə və öz təşəbbüsü ilə yuxarıdan kömək göndərir.. Bu cür köməyi Yaradan sadəcə bu dünya səviyyəsindən daha yüksək səviyyəyə həqiqi mənada yüksəlmək istəyənlərə göndərir.

Yüksəlmək istəyən insana edilən bu kömək bizim məntiqimizn əksinədir.

Bu cür kömək insana etdiklərinin nə qədər səhv olduğunu və mənəviyyata yaxınlaşa bilmədiyini göstərir və onda Yaradanın xüsusiyyətləri haqqında yanlış düşüncə və fikirlərə səbəb olur. Bütün bu hadisələr insanın Yaradanla oxşar olmadığını görə bilməsi üçündür. İnsan hiss etdiyi bütün pozucu ünsürlərə qarşı nə qədər dirənsə və mənəviyyat yolunda nə qədər irəliləmək istəsə də Qüdsiyyətdən (müqəddəslik) addım-addım uzaqlaşdığını görür.

Bu vəziyyətdəki insan hər zaman Yaradana hər növ tələblərlə halını şikayət edər və Yaradanın ona olan davranışını və Yaradanın niyə həmişə onu rədd etdiyini başa düşməz. Nəticə etibarilə, insan mənəviyyatda yeri olmadığına, hətta belə bir ümid də olmadığı qənaətinə gələr. İnsan bu mərhələləri keçdikdən sonra mən mənəviyyata sadəcə Yaradanın köməyi ilə yaxınlaşa bilərəm qənaətinə gəlir.

Düzəldilmənin Yaradanın hakimiyyətinə qarşı insana göndərilən düşüncələrin içində olduğu açıq görünür.

Uşaq yıxılaraq və qalxaraq yeriməyi öyrənir.

Biz insanlar da uşaqlar kimiyik. Bu düşüşlər mənəvi qalxışlardan daha çox olmasına baxmayaraq mənəviyyata hər giriş və çıxış bizi irəliyə doğru itələyir. Eynilə, uşaqların yıxıla-yıxıla yeriməyi öyrəndikləri kimi bizlər də mənəviyyata girərək və çıxaraq Yaradanın köməyi ilə çata bilirik.

Bütün pozucu işarətlərə rəğmən insan davamlı olaraq bütün varlığı və düşüncələri ilə Yaradana bağlı qalmalıdır. İnsan bu bağlılığını ən pis halda olduğu vaxt belə qorumalıdır və Yaradandan başqa heç bir gücün hökm sürmədiyini, tək hökmdarın Yaradan olduğunu, ondan başqa heç bir gücün bizə yaxşı ya da pis yöndə təsir etmədiyini bilmək məcburiyyətindədir. İnsan bəzən dünyada Yaradandan başqa güclərin olduğu düşüncəsinə qapılaraq sadəcə öz iradəsi ilə hərəkət etdiyini düşünür. Belə ki, hələ dünən mənəviyyat haqqında düşüncələri istəmədiyini düşünərək Yaradanın dünyanı idarə etdiyinə inanmadığını göstərir və başqa tanrılara inananlardan insanlardan biri kimi olur.

İnsan hər şeyin Yaradan tərəfindən edildiyini düşünməlidir. Belə düşünmürsə bunun əksini düşündüyü üçün peşmanlıq və kədər hiss etməlidir.

Bu mərhələdə nəyə qarşı peşmanlıq və kədər hiss etdiyini anlamaq məcburiyyətindədir. Yaradan onu mənəviyyatdan dünyəvi düşüncələrə atdığı üçün kədərlənməlidir. Xor baxdığı düşüncələrlə əylənmək üçün verdiyi arzuya görəmi, yoxsa keçmişdə dəyərsiz hesab etdiyi şeylərlə yenidən məşğul olmağa həvəsləndiyi üçünmü peşmanlıq hiss etməlidir.

Eyni cür, insan yüksəldiyini gördükdə, mənəviyyatın dadını hiss etdiyi zaman və mənəviyyata həvəsli olduğu zaman belə mənəviyyata çatmaq üçün hər şeyi bir kənara qoymalı olduğunu anladığını düşünməməlidir. Sadəcə indi Yaradanın onu bəyəndiyini bilməlidir. Yaradan onu bu səbəblə özünə yaxınlaşdırmışdır və bu səbəblə o mənəviyyatın dadını hiss edir.

Yaradandan başqa dünyanı idarə edən başqa güclərin olduğunu düşünməmək  üçün diqqət etməlidir.

Belə aydın olur ki, Yaradanın bizi bəyənməsi və ya əksi bizim əlimizdə olan bir şey deyildir. Bu sadəcə Yaradanın əlindədir.

Niyə müəyyən bir insanı Yaradan bəyənir və niyə Yaradan indi onu özünə yaxınlaşdırır, sonra isə uzqlaşdırır?

Mənəvi ağıla sahib olmayan bir insan bunları anlaya bilməz, ancaq mənəviyyata girdikdən sonra insan bunları başa düşməyə başlayar.

Yaradanın insanı özünə yaxınlaşdırmaması səbəbiylə insan diqqət etməlidir ki, mənəviyyatdan uzaq qaldığı üçün hiss etdiyi kədəri öz kədəri olaraq hiss etməsin. Daha doğrusu insan bu cür eqoist düşüncələrlə Yaradana əzab verdiyini bilməlidir.

Digər tərəfdən insan mənəviyyata yaxınlaşdığı və Yaradan tərəfindən bəyənildiyi üçün hiss etdiyi sevinci də eqoist duyğuların xaricində tutaraq Yaradanı sevindirməyə layiq olduğu üçün sevinməlidir. Hətta Yaradanı sevindirən bir başqası olsa belə onun üçün vacib olan Yaradanı sevindirmək olmalıdır.

İnsan bu cür hesablaşmalar sayəsində eqoist düşüncələrdən arınar.

Eqoizm insanın özündədir. İnsanın özündə eqoizmdən başqa heç bir dəyər yoxdur. Çünki eqoizmi və alma arzusunu Yaradan yaratmışdır. Yaradılışı və dünyaları dolduran eqoizm və alma arzusudur.

Yaradanın insanı yaratmaqdakı məqsədi onu bütünləşdirmək və əbədi etməkdir ki, bununla da insan Yaradanla eyniləşə biləcəkdir. İnsan bütünləşmək üçün eqoizmdən imtina etmək məcburiyyətindədir. İnsan eqoizmdən qurtularaq sadəcə tək bir şey üçün- Yaradanın məqsədi yerinə yetdiyi üçün sevinməlidir.

Yaradanın məqsədi insanların vəziyyətini yaxşılaşdırmaqdır. Bu məqsədin yerinə yetdiyini görən insan Yaradanla bütünləşərək onunla əbədi olaraq birləşər.

 

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

91 - 0.068