Gəlin bu sistemdəki çarxlar kimi bir- birimizlə necə bağlı olduğumuzu təsəvvur edək. Biz görürük ki, hər biri öz hərəkəti ilə digərlərini fırladır. Və heç biri sərbəst deyil. Hər biri öz fırlanmasıyla, digərlərinin taleyini, onların vəziyyətini dəyişir. Götürəkki, mən bu böyük, sarı, gözəl bir çarxam. Əgər mən, özümün düzgün bildiyi şəkildə, təbiətin, Tövratın, etikanın, mənəviyyatın qanunlarına uyğun tərzdə fırlanıramsa, amma bununla yanaşı digərləri ilə bağlı deyiləmsə, onda mən heç vaxt hədəfimə nail olmayacam…