Mənəviyyat üçün bir arzuya sahib olan insan dünyəvi və insani tətminlərin axtarışında olanlardan fərqli düşünür. Dünyəvi və insani ehtiyaclarımızı necə tətmin edəcəyimizi bilirik, amma mənəviyyat üçün arzu oyandığı zaman artıq onu necə sakitləşdirəcəyimizi bilmirik.
Bu gün mənəviyyat üçün bir arzuya sahib insanların bir çoxu ona sahib olduqlarının belə fərqində deyillər. Mənəviyyat üçün arzusu olan bu insanların bəziləri mənəviyyatın həqiqətdən uzaq və gerçəkləşdirilməsi mümkünsüz olan bir şey olduğunu düşünərək “mənəviyyat” sözünü belə önəmsəmirlər. Belə insanlar həyatlarını onların içində oyanan bu yeni və təkamül etmiş mənəviyyat üçün olan arzuya bağlı olduğunu bilmədən boş və mənasız hiss edirlər. Onlar bunun həyatdakı tətminsizliklərinin və məmnuniyyətsizliklərinin səbəbi olduğunun fərqində deyil.
Bir çox insan uşaqların verdiyi kimi özlərinə “Nə üçün yaşayıram” sualını verir. Ancaq, illər keçdikcə bizi bu sualdan kənarlaşdıran arzularda və başdan çıxaran şeylərdə boğularaq həqiqi bir cavabı tapmaq ehtiyacını itiririk.
Hər şeyə rəğmən bir nöqtədə mənəviyyat üçün olan arzu suallar ilə birlikdə oyanır. Cavabları tapmaq üçün cəhd göstərənlər onların suallarına ən doğru şəkildə cavab verə bilən Kabalaya gəlir.