Kabalistlər- bizə həzz verən arzuların formalaşmasını, beş mərhələyə ayırıblar:
• Birinci və əsas arzu- qidalanma, sağlamlıq, cinsi ve ailə arzusudur. Bu arzular yaşamağımız üçün labüddür.
• İkinci mərhələ- var- dövlət ” hərisliyi”- dir. Bu mərhələdə, varlığımızın sığortası, həyatımızın daha keyfiyyətli olmasının səbəbini yalnız pulda görürük.
• Üçüncüsü, şöhrət ve güc arzusudur. Bu zaman, nəinki özümüzü, hətta digərlərini də, nəzarət altında saxlaya bilməkden zövq alırıq.
• Dördüncü mərhələ- təhsil, savad arzusudur. Elm sahibi olaraq, xoşbəxtliyə nail olacağımızı düşünürük.
• Və ancaq arzunun beşinci ve son mərhələsinə çatdığımız anda, diqqətimizi “bizdən uca”, bu günə kimi “bilinməyən” bir məfhum çəkir.İnsan hiss edirki , bu gizli mefhumla birləşə bilsə, əbədi və ən böyük həzzi alacaq. Və bu birləşmə bağını qurmaq üçün, yollar axtarmağa başlayır. Daha ümdə məqsəd olan bu arzuya- mənəvi arzu deyilir.