kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Altıncı hiss

Altıncı hiss

 İnsanlığın inkişafı ilə elm və fəlsəfə də inkişaf edir. Bu gün bütün elm adamları və filosoflar insanın onu əhatələyən dünyanı incələməkdə məhdud qaldığı fikrini müdafiə edirlər.

İnsanın kənardan gələni duyan, hiss edən və anlayan bir “qara qutu” olduğunu hesab edə bilərik. Bütün hiss edtiklərimizdə beş hissimizlə məhduduq. İndiyə qədər etdiyimiz və gələcəkdə edəcəyimiz bütün vasitələr də bu beş duyğunun limitlərini keçmir. Yaratdığımız bütün bu vasitələrlə sadəcə duyğularımızın sərhədlərini genişləndirirk, lakin duyğularımızın yetərsizliyinin öhdəsindən gələ bilmirik. Çünki duyğularımızın yetərsiz qaldığı nöqtələri görə bilmirik.

Ətrafımızdakı həqiqəti, gerçəyi görməyimizi təmin edəcək əksikliyi anlaşılan duyğunu necə adlandıra bilərik? Əksikliyini hiss etmədiyimiz altıncı barmaq kimi, əksikliyini hiss etmədiyimiz bir duyğu… Təbii ki, əksikliyini hiss etmədiyimiz bir şeyi tələb də edə bilmərik. Beləliklə, dünyamıza münasibətimiz də, onu incələməyimiz də beş duyğu orqanı ilə limitlidir və biz duyğularımızın ötəsini hiss etmirik və anlamırıq. Xülasə, bəhs etdiyimiz bu vəziyyət anlama və qavramamızı da sərhədləyir.

Eyni cür xəyal dünyamız da beş hissimizn nəticəsidir və ondan qaynaqlanır. Bu halda biz beş hissimizin tanış olmadığı hər hansı bir şey və canlı varlıq xəyal edə bilmərik.

Mən kimdənsə başqa planetdən gələn bir canlı rəsmi çəkməyi istəsəm, əminəm ki, dünyamızdakı elementlərdən istifadə edəcəkdir. Əgər sizdən xəyali olaraq bir şey təsvir etmənizi istəsəm, heç şübhəsiz ki, bu dünyada mövcud olan şeylərin oxşarlarından istifadə edəcəksiniz.

Bu vəziyyət bizim sərhədlərimizi göstərir. Biz kiçik dünyada yaşayırıq və onun xaricində heç nəyi hiss etmirik və buna görə də xəyal da edə bilmirik. Limitlərimiz, sərhədlərimiz mütləq olduğu üçün heç bir elm və ya fəlsəfə bu dünyanın ötəsini başa düşməyimizə kömək etməz.

Kosmosun başqa yerlərində başqa varlıqlar və ya başqa dünyalar ola bilər. Biz onları hissedəbilmərik, çünki uyğun vasitələrimiz və onları hissedəbiləcək duyğu üzvlərimiz yoxdur. Bizim dünyamızdan daha sərhədsiz olan bu başqa dünyada bizim varlığımız, həyatımızda baş verən hadisələr və ölümümüzlə bağlı səbəblər tapıla bilər. Biz isə səbəbləri bilmədən, həqiqi bilgi və məqsəd olmadan bu dünyada yaşayırıq.

Dünyamızda əlavə duyğuları ilə ətrafımızdakı daha geniş mövcudiyyəti hiss edən insanlar vardır. Bunlara Kabalist deyirik və bu insanlar bizim mövcud bilgimizə ali bilgilərin necə “əlavə olunacağını” bilirlər.

Bu insanlar bizim dünyamızın üstündə dünyaların mövcud olduğunu deyirlər. Bütün bu dünyalar soğan qatları kimidir və bizim dünyamız bu dünyaların ortasındadır. Bu dünyada var olan bizlər sadəcə bütün yaradılışın ən özəli olan bu dünyanı hiss edə bilirik. Və biz dünyamız dediyimiz “bu dünyada” doğuluruq, yaşayırıq və ölürük.

Kabalistlər bu dünya deyilməsini, xüsusilə, dünyamızın hisslərimizlə idrak edəbildiyimiz həqiqətin kiçik parçası olması ilə əlaqələndirirlər. Əgər mövcud olan varlıqlara əlavə funksional duyğular əlavə edə bilsəydik, bunlarla hiss edəcəklərimiz “gələcək dünya” olardı.

“Gələcək dünya”nı hissetmək və yaşamaq təcrübəsinə çatmağa kömək edən metoda isə Kabala deyirik.

 

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

186 - 0.114