Kabala və kabalist.
Kabbala- nə din, nə mistika, nə də təbiblik vasitəsi deyil. Onun, möcüzə yarada bilən, heç bir sehirli qabiliyyəti yoxdur. Bu maqiya və qara qüvvə deyil. Kabala insana digərləri üzərində üstünlük əldə etmək kimi bir qüvvə vermir, əksinə onun təsiri ilə insan digərlərini sevən və qayğısına qalan birinə çevrilir.
Kabala bizi – Ali aləmi duyacaq mizraba kökləyir. Və bununla da insanın bütün ilkin parametrləri, xüsusiyyətləri, bu dünyaya və bütün xilqətə olan münasibəti dəyişilir. O, insanda tamamilə fərqli bir varllq canlandırır. Onun ağlı (fikirləri) və qəlbi (arzuları) təmamilə dəyişilir. O, adi insandan fərqli tərzdə düşünür,fikir yürüdür və tamamilə fərqli hiss edir.
Bir tərəfdən o bütün dünyanı dolğun şəkildə duymağa başlayır. Digər tərəfdən ona bu dünyada yaşamaq çətindir. Sanki yetkin insan, uşaq bağçasında yaşayır, axı o daima körpələrlə özünü uyğunlaşdırmaq üçün çox böyük səy göstərməlidir. Ali aləmlə bərabər, o, həm də, bizim. dünyada da mövcud olmalıdlr, Özdə öz fərqliliyini hiss etdirməməlidir. Daim kompromisə getməlidir.
Kabalist heç kimə düşmən ola bilməz. Əslində o – bütün bəşəriyyətin ən yaxşı dostudur. Çünki onun səyləri ancaq bəşəriyyətin kamil, firavan yaşayışına yönəlmişdir