kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Arzuların inkişaf etmə mərhələləri

Bəşəriyyətin mövcud olduğu min illər ərzində, keçdiyi inkişaf -müxtəlif səviyyəli arzuların inkişafı və realizasiyasıdır. Məhz arzunun özü və bu arzunu həyata keçirmək üçün vasitə tapmaq – sivilazisiyanın bu və ya digər inkişaf səviyyəsini təyin edir, biz bunu texnoloji və elmi tərəqqi adlandırırıq.
Arzular daim təkmilləşir, yəni kiçikdən böyüyə doğru dəyişir- bunun sayəsində də bəşəriyyət irəliləyir.
Kabbala insanın bütün arzular kompleksini beş mərhələyə bölür:
• ilkin arzu – cinsi tələbat, qida (deyilmişdir: “Dünyanı sevgi və aclıq idarə edir”);
• ikinci mərhələ – zənginliyə meyl etmək;
• üçüncü mərhələ – hökm və şöhrətə can atmaq;
• dördüncü mərhələ – bilik əldə etmək üçün yanıb tutuşmaqdır;
• beşinci mərhələ- mənəvi yönəlmə,Yaradana meyl etməkdir.
Cinsi və qida tələbatları – heyvani arzulardır, çünki bunları heyvanlar da hiss edir. Tam izolyasiyada olsa belə insan aclıq və nəsil artırmağa,yəni cinsi istəklərə meyl edir.
Zənginlik, hökmranlıq, bilik – bunlar artıq insana məxsus olan arzulardır. Çünki bunların ödənilməsi üçün insan özükimilərin ətrafında – yəni insan cəmiyyətində olmalıdır.
İnsan doğulur, heyvani, insani arzularının inkişaf prosesi gedir, sonra o aşkarlayır ki, bunların realizasiyası onda təmin olunma hiss yaratmır. Çünki əslində özündən xəbərsiz şəkildə , insanın meyl etdiyi həqiqi istək bu dünyanın sərhədlərindən kənardadır. O isə, bunu həmin an anlayıb-dərk edə, bir biçimə sala bilmir.
Bu arzu insana yuxarıdan verilir. Bunu nə təbiət heyvani arzuları verdiyi kimi, verə bilməz, nə də insani arzular kimi cəmiyyət tərəfindən formalaşa bilməz.
Kabbala arzunun bu səviyyəsini- ilahi işıq arzusu və ya insanın ruhu adlandırır.
Kabbala, ümumi ruh və ya Adəm adlanan ilahi quruluşu araşdırır. Bu quruluş 600 000
hissədən təşkil olunub və hər bir hissə də, çoxsaylı hissəciklərə bölünərək ,dünyəvi arzuların içinə yerləşdirilmişdir.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

187 - 0.115