Arzuların ilk dörd kateqoriyasını (bədənin arzuları- qidaya, əmlaka, cinsi meyl, zənginliyəhərislik, hökmranlığa, şan-şöhrətə, biliklərə olan meyl) biz çox rahat anlayırıq, amma, mənəvi arzu haqqında heç bir təsəvvürümüz yoxdur.
İnsan arzularını bizim dünyadan olan obyektlərin vasitələ ilə təmin etməyə davam etdikcə, ” mənəvi” olanı tanımayacaq. O, bu arzuları görür və nəyə doğru yönləndiyini dəqiq bilir. Amma onda, Ali qüvvəyə qarşı arzu doğulanda, o bizim dünyada bu arzunu təmin edə biləcək bir qaynaq tapmır.
İnsan köməksiz və çaşğın bir vəziyyətə düşür: həyatın dadını ala bilmir, onu heç nəylə doldura bilmir. Ona sadəcə olaraq pisdir. O harasa “cəlb olunur”. Amma axı hara? O, bilmir ki, hara üz tutsun, axı həzz mənbəyi görünmür. İnsanın bunu müvəqqəti olaraq unutmaq imkanı var, elə bir qayda olaraq o belə də edir.
Biz uşaq olanda öz – özümüzə soruşuruq: “Nəyə görə yaşayırıq?” Amma sonra yetkinlik dövrü gəlir, gənclik dövrünün hormonları həyatın mənasını və mənbəyini tapmaq arzusunun üstünü örtür. Cinsi və intellektual meyllərimiz bizi bu sualın həllindən uzaqlaşdırır.