kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Dairə – islah olunmuş cəmiyyətin mövcud olduğu formadır

dairəKabbalist Mixael Laytmana sual

Sual: Birləşmənin praktik realizə olunması üçün nə etmək lazımdır?

Cavab: Tədris və xalqın birliyinə aparan, birləşmə haqqında praktik çalışmalar, seminarlar, dəyirmi masalar aparmaq mütleqdir. Biz, aramızda bizi bağlayan qüvvənin aşkarlanmasının mümkün olduğunu duymalıyıq.

Metodikanın mahiyyəti bəsitdir: dairəvi şəkildə oturub, birləşmə, onun səbəbi, xalqımızın varolma səbəbi, -biz kimik – bu haqqda danışmalıyıq. Birləşmə bizi, cari vəziyyətimizdən daha üst səviyyəyə yüksəldir. Bu cür fikir mübadəsi zamanı, anidən, bizim dairənin daxilində hansısa qüvvənin, istiliyin, bizi birləşdirən ümumi bir hissin yaranmasını aşkarlayırıq.
Anidən duyuruq ki, bir- birimizə doğmayıq və sanki ailədəki kimi və hətta daha da çox, biri- birimizdən asılıyıq. Səni mənlə, məni də sənlə daxildən birləşdirən hansısa sap var. Və bu saplar hamı arasında uzanır. Bu daxili şəbəkə, bizə qeyri- adi həyəcan və hamımızın bir bütündə birləşdiyi yeni bir həyat duyğusu verir.

Bu əlaqə bizi xüsusi yüksək hala çatdırır. Biz orda qalmaq, bu həyatın üstünə qalxmağa imkan verən ruh halını saxlamaq istəyirik. Bütün həyat yeni şəkil alır. Kabbala elmi bizə başa salır ki, bizim birliyin içində, dünyada hər şeyi dəyişə bilən Ali qüvvəni duymaq üçün, necə birləşməyə nail ola bilərik.
Əgər, biz öz aramızda bu birlik gücünü aşkarlaya bilsək, bu zaman həm şəxsi, həm ictimai həyatımızda, həm iqtisadiyyatda, həm siyasətdə olan bütün narahatlıqlarımızı və problemlərimizi həll etməyə və bütün dünyanı səhmana salmağa hazır olan Ali qüvvəni tapa bilərik.

Biz, bu birlik qüvvəsini, bütün dünyaya şualandıracağıq. Və o da, bizə olan münasibətini dəyişəcək. Bütün xalqların, yəhudi xalqından gözlədiyi də, elə budur. Bunu sübut etmək üçün, bir çox ifadələr misal çəkmək olar: həm yəhudi müdriklərindən, həm də antisemitlərdən. Belə çıxır ki, birləşməkdən başqa heç nə lazım deyil. Birləşmə elmi olan Kabbala da, bizə bunda kömək etməlidir. Elə buna görə də, o bizim dövrdə aşkara çıxır.

Gəlin daha, bütün cəmiyyətin birliyinə necə nail olmaq olar, bunu öyrənək. Praktik olaraq bu, dairələrdə olan çalışmalar və “İnsan kimdir? Birləşmə nədir? Nəyin hesabına irəliləyirik? Yaradılışın məqsədi nədir? İsrail xalqlarının, digər xalqlara münasibətdə missiyası nədir, antisemitizmin səbəbi nədir? Eqoizmi ortaq şəkildə və hər bir ayrı fərddə necə sağaltmaq, dünyadaki bütün pisliyi necə islah etmək olar?” -kimi əsas sualları araşdırmaqla mümkündür.
İnsanlar bütün bunları, elə həmin dairələrdə öyrənəcək, birgə aydınlaşdıracaq və dünyadaki bütün pisliyi sağaldacaq -birlik qüvvəsini aşkarlayacaqlar. Bu, biz mükəmməl birliyə çatana kimi, İsrail xalqının daimi çalışmasına, bizim beynəlxalq missiyamıza çevrilməlidir.

Hər gün, hətta gündə bir neçə dəfə, – nə qədər mümkündür, insan bu cür dairəvi söhbətlərdə iştirak etməlidir. Qeyri iş saatı olan, boş vaxtımız çox olur. Və həm də, bu cür söhbətləri iş yerlərində, məktəblərdə, evdə olanlar üçün televiziya vasitəsilə aparmaq olar.

İnsanlarin, bütün münasibətlərini araşdırdığı dailər – insanlığın mövcud olma forması olacaq: uşaq bağçasında, məktəbdə, işdə, təqaüdçülər arasında. Bütün xalq, digər xalqlara qarşı öz vəzifələrini necə icra etmələri olduğunu öyrənəcək: islah olunmaq, bir xalq şəklində birləşmək və bütün bəşəriyyətə nümunə göstərmək.
Belə olsa, bütün xalqlar, həmin an, İsrailə və yəhudi xalqına olan münasibətlərini dəyişəcəklər. Biz həqiqətən, “müqəddəs xadimlərin və müqəddəs xalqın” mülkündə məskan salan “dünya xalqları üçün işıqa” çevriləcəyik. Biz bütün dünya üçün müəllim olacağıq.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

186 - 0.126