kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

İbrahimin Çətin Olan Yolu

babilİbrahimə öz baxışlarını yaymaq asan olmurdu. Çünki babillilərin çoxu onun metodunun əleyhinə idi. O hesab edirdi ki, hər şey ancaq bir qüvvədən gəlir, baxmayaraq ki, sonra bu qüvvə çoxsaylı – sərbəst fəaliyyət azadlığı olmayan zidd qüvvələrə parçalanır. Babillilər isə, iddia edirdilər ki, idarə edən bir neçə qüvvə var və onlar bir-biri ilə müxyəlif cür qarşılıqlı əlaqədə olur. Buna əsasən müxtəlif bir- birilə müharibə edən, kin püskürən və bir biri ilə didişən, nəsilləri doğulan ilahlar haqqında miflər yaranırdı, elə buna görə də İbrahimin vəziyyəti dramatik idi.

Çünki onun metoduna görə, yaradılışın məqsədinə ancaq o zaman varmaq olar ki, dünyada olan hər bir kəs dərk etsin- yalnız bir yol var, bu da aramızda vəhdət olduğumuzun obrazını yaratmaqdır. Əsas olan –fiziki cisimlərimizin fərqki olmasıns baxmayaraq, aramızda daxilən birləşməkdir. Cismimizə qulluq etməli, ona lazım olanı verməli, mövcud olması üçün onu təmin etməliyik, ki, onun üzərinə yüksəlib, birlik uğrunda çalışaq və hədəfə yönələk. Elə özümüzdə insanı inkişaf etdirmək də, elə bu deməkdir. Yeri gəlmişkən bu “insan” bizim ümumiləşmiş obrazımızdır.

Öz aramızda daxilən birləşərək, təkcə bir obraz əldə edirik , onu “Adəm” (Yaradana bənzər) adlandırırıq, necə ki, mənəvi aləmi ilk dəfə araşdırmağa bsşlayan kəs də belə adlanırdı. İbrahim mənəvi birləşmənin metodunu aşkarlayana qədər çətin yollardan keçdi. Onun birinci müəllimi – onun atası Terax idi, O İbrahimə Nuhun sistemini öyrətmişdi. Terax hesab edirdi ki, çoxallahlılıq düzdür, İbrahim onun nöqteyi nəzərini mənimsəməyə cəhd edirdi amma sonda öz müəlliminə qarşı çıxdı. Bu- çatların, müəllimi ilə fikir ayrılığının başladığı dramatik nöqtə idi, bu- tələbənin müəllimini keçməsi, ondan bir pillə yüksəyə ucalması zamanı olur. Digər tərəfdən də, Terax, İbrahimi öz təliminin təsirinə salmaq niyyəti ilə cəhdlər edirdi, bununla da çoxilahlığın bütün qüsur və pisliklərini nümayiş etdirirdi. Bütün bunlardan sonra İbrahim düzgün yol tapa bildi. O, anladı ki, dünyanı bir qüvvə- sevgi və rəhm qüvvəsi idarə edir. Amma pislik qüvvəsini də, özündə əks etdirir, sırf ona görə ki, onun köməyilə, onun üzərinə yüksələ bilək. İbrahim bunu aşkarladıqdan sonra -dahi yenilikçi, inqilabçıya çevrildi. O, tarixi gedişatı pozaraq, bütün bəşəriyyətə düzgün yolu göstərdi.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

186 - 0.125