kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Mükəmməl Dünya

Mükəmməl Dünya

 “Özünə edilməsini istəmədiyini başqasına etmə…”

 Bildiyimiz kimi təbiətin özündəki qanun sevgidir. Özümüzə göstərdiyimiz və verdiyimiz kimi cəmiyyətdəki hər kəsə ən yuxarı səviyyədə diqqət göstərməli və sevgi verməliyik. Bəs bunu inancımızda necə formalaşdıra bilərik.

Bəlkə də bu mövzuya praktik tərəfdən baxmalıyıq. Fikrimcə, fəlsəfəyi mövzuya daxil etməməyim oxucu üçün daha faydalı olacaqdır. Nəsillər boş fəlsəfələrin praktikada necə yanlış həyata keçirildiklərini bilirlər. Belə olduğu halda minlərlə insan bir fəlsəfənin yanlışlığının sübuta yetə bilməsi üçün əzab və iztirab dolu bir həyat yaşaya bilir. Nəticə etibarilə bütün fəlsəfə çökə bilir…

Dünyanı və təbiətin qanunlarını incələyərək və nəticələri sübuta yetmiş gerçəklərin təməllərinə yerləşdirərək Təbiətin qanunlarını izləməli olduğumuzu görə bilərik.

Dünyamızdakı mövcud təbiət nizamına şahid olduqca inanılmaz idarə mexanizmasının varlığını aydın şəkildə görə bilirik (həm mikro, həm də makro səviyyədə). Məsələn, özümüzü nümunə götürək, yəni insanı.

Atadan bir hüceyrə ananın bədənində təhlükəsiz yerə gəlir. Bətndə inkişafı və böyüməsi üçün hər cür ehtiyacı ona verilir. Doğulub ayrı varlıq olana qədər onu heç kimi incidə bilməz. Bundan sonra belə təbiət ana və ataya uşaqlarına qarşı lazımlı davranış hissiyatını verir. Yəni uşaq ətrafındakı sevgi və qayğıdan çox əmindir.

Eynilə insan kimi heyvanlar və bitkilər də növbəti nəsilə çox yaxşı baxırlar. Ancaq yeni orqanizmlə birlikdə yeni bir insan doğulmuşdur və həyat mübarizəsinə başlayır. Bu mübarizə zaman keçdikcə artır. Mübarizə içində keçən həyat yaşamının ilk günlərindəki sevgi və istilik dolu mühitin tam əksidir. Bu kəskin ziddiyyəti sorğulayan bu dünyanın idarəsi ilə bağlı sual tarix boyunca insanı düşündürmüş və bir çox nəzəriyyənin ortaya çıxmasına da səbəb olmuşdur.

Təkamül: Bu qədim nəzəriyyə bu ziddiyyəti açıqlamağa belə ehtiyac duymur. Təbiət dünyanı yaratdı və hər şeyi idarə edir. Təkamül tərəfdarlarının inancına görə hissiz və düşünməyən Təbiət qəti fizika qanunları daxilində cinslər yaradır. Yaradılan bu cinslər “ən güclü olan həyatda qalır” qanununa əsasən təkamül keçirir və inkişaf edirlər. Bu nəzəriyyəyə görə Yaradana “Təbiət” deyilir, yəni hissiz və duyğusuz mənasında…

Universal Ziddiyyət: Təbiətin inanılmaz bilgəliyinin insan potensialının çox üstündə olduğunu bilirik. Beləliklə, gələcəyin təxmin edilməsi və gələcəkdə yaradılacaqların “proqramı” geri reaksiyanı da özündə ehtiva etməlidir. Bunları verən Təbiət əlavə olaraq özündə zəka, duyğu və yaddaş xüsusiyyətlərinə də sahib olmalıdır. Əks halda təbiətin hər mərhələdəki idarəsinin təsadüf olduğuna inanmağımız mümkün deyildir.

Universal Ziddiyyət fikrinin ortaya çıxmasına bu düşüncə zənciri səbəb olmuşdur. İki qütb var: biri pozitiv, digəri negativ (Nəyin ya da kimin, təbiətinmi?) Zəkaları və hissləri var və bu xüsusiyyətlərini yaratdıqları varlıqlara verirlər. Universal ziddiyyət nəzəriyyəsinin inkişafı başqa nəzəriyyələrin də ortaya çıxmasına təkan vermişdir.

Təbiət mexanizminin nəzərdən keçirilib fərqli xüsusiyyətlərinin incələnməsi ilə eynilə qədim yunanlarda olduğu kimi bir çox tanrı və din ortaya çıxmışdır. Bu inanca görə hər tanrı bir gücü və ya sahəni idarə edir. Elm adamları texnoloji vasitələr və araşdırmalar nəticəsində dünyadakı bəzi sahələr arasında əlaqə olduğunu tapdılar. Bu səbəbdən bir çox gücün dünyanı idarə etdiyi fikri tərk edildi və yeni fikirlər irəli sürülməyə başladı. Sadə izahla: tək bir gücün bizi əhatə etdiyi və dünyanı müdrikliklə idarə etdiyi fikri… İnsan bu güclə müqayisədə təsirsiz olduğu üçün bu dünyada özü ilə tərk edilmiş vəziyyətdədir.

Dünyanın yaradılışı və idarəsiylə bağlı bütün nəzəriyyələr insanın izdirabının qarşısını ala bilmədi. İnsan hələ də təbiətin hələ anasının bətnindəykən ona necə həssaslıqla yanaşdığını, ancaq sonra həyatın qəddarlığına onu necə tərk etdiyini anlaya bilməyib. İllər keçdiyində və qocaldığında insan təbiətin qayğısına daha çox ehtiyac hiss edir. Bir sual ortaya çıxır: Təbiətin canlı dünyaya bu qədər qəddar davranmasının səbəbkarı biz deyilikmi?

Təbiətin bütün prosesləri bir-biri ilə əlaqəlidir. Bu səbəblə bir qanuna riayət etməsək təbiətin bütün balansı pozulur. Təbiətdən bir “lider” ya da Yaradanın bir planı, məqsədi ya da müdrikliyi olaraq bəhs etmək arasında heç bir fərq yoxdur.

Təbiət ya da Yaradan (prinsipcə məfhumların heç bir önəmi yoxdur) bizim üstümüzdə bəzi qanunlar vasitəsilə işləyirlər. Bizdən daha güclü və tərəfsiz olduqları üçün bu qanunlara ayaq uydurmalıyıq. (Kabaladakı Elokim-Yaradan kəliməsi ilə “Teva”-Təbiət kəliməsinin rəqəm dəyəri eynidir). Təbiətin qanunlarını başa düşməyimiz üçün bu çox vacibdir. Bu qanunlara sadiq qalmasaq əzab dolu bir həyat keçirərik. Əgər bir insan cəmiyyətdən uzaqda və yalnız yaşamağa qərar versə özünü əzabla dolu həyata məhkum etmiş olar və ehtiyaclarını qarşılaya bilməz.

İnsanı cəmiyyət içində oxşar insanlarla yaşadan Təbiətdir. İnsan həyatındakı iki davranış forması ilə maraqlanır. Cəmiyyətdən bütün ehtiyaclarını “alır”. Buna əlavə olaraq cəmiyyətə “verir”. Yəni cəmiyyətə istehsalının qarşılığını verdiyindən əmin olur. Kim bu davranış alış-verişini pozarsa cəzalandırılmağa layiqdir. Məsələn, insan cəmiyyətdən artıq “aldığı” zaman oğurluq etmiş olur və bunun cəzası da ardınca gəlir. Ancaq cəmiyyətə “verməkdən” imtina etdiyimiz zaman buna aid bir cəza yoxdur. Bu səbəblə də cəmiyyətə nəsə vermək davranışına adətən riayət olunmur.

Təbiət isə bunun əvəzində insanın inkişaf müddətində ədalətli bir hakim kimi davranır və insanı cəzalandırır. Kabalaya görə dəyişən nəsillər sadəcə bədənlərin gəlməsindən və getməsindən ibarətdir. Ruh isə əsas olan insanın “Mən” anlayışıdır. Bu ruh itmir, sadəcə daşıyıcısını dəyişdirir. Ruhların limitli (sabit rəqəm) sayı, transformasiyası, dünyaya gəlişləri və yeni bədənlərdəki “libasları” bizə yeni nəsilləri gətirir.

Bu səbəbdən ruhlar üçün bütün nəsillər bir nəsil olaraq qəbul edilir. İnsan həyatı doğumundan bir neçə min il əvvəldən davam etməkdədir. Bu ruhun hansı cür gəldiyinin fərqi olmadan insanoğlunun ölümünə qədər davam edəcəkdir. Ruh bədəndən daha “ali” varlıq olduğu üçün ölüm ona təsir etməz. Eynilə saçlarımızı və dırnaqlarımızı kəsməyimizin bədənimizə təsir etmədiyi kimi.

Bizi yaradıb özünə aid olan dünyaları bizə verən Yaradan hamımıza bir vəzifə verdi. Onunla bütünləşmək üçün səy göstərməliyik. Bu ruhun böyüməsi ilə olmalıdır- özümüzü bütünləşdirərək və yüksəldərək. Ancaq qarşımıza bir sual çıxır. İnsan Yaradanın yolunu izləməlidirmi? Kabala necə idarə olunduğumuzu bizə göstərir. Nəticələr isə təəccüblüdür. İstər öz istəyimiz ilə, istərsə də əzab çəkərək bu yolu izləsək nəticə eyni olacaqdır. Bu həyatda da ola bilər, növbəti həyatda da. Çünki fiziki, sosial və iqtisadi qüvvələrin təsiri altındayıq. Gec ya da tez hər birimiz və ən sonunda bütün insanlıq bu fikri qəbul etmək məcburiyyətində qalacaq: Yaradılışın məqsədi bizim həyatımızdakı tək məqsəd və məna olmalıdır!

Bütün nəsillərin sonunda hamı bu hədəfə çatacaq. Fərq edən şey yalnızca hədəfə gedən yolun seçimidir. Bu hədəfə çatmaq üçün səy göstərən insan bundan çox böyük fayda görəcəkdir. İnsana iztirab yerinə Yaradan ilə görüşə bilməyin xoşbəxtliyi verilir. Kədərli olan isə insanlığın başlarına gələcək pis hadisələrdən xəbərsiz olmalarıdır. Bəhs etdiyimiz kimi yaradılışımızın məqsədi bəllidir və Təbiətin qanunları dəyişdirilə bilməz. İstər fərdi iztirab olsun, istərsə də təbii fəlakətlər  və müharibələr, hamımız bu fikrə tərəf yönləndiriləcəyik. Təbiətin qanunlarına uyğunlaşmalıyıq. Özümüzü eqoizmdən, qısqanclıqdan arındırmalı, sevgi, qardaşlıq və qarşılıqlı köməkləşmə ilə inkişaf etməliyik.

 

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

188 - 0.113