Müasir dünyada yeni epidemiya yanlızlıqdır. İnsanlar cəmiyyətdən getdikcə daha çox uzaqlaşırlar. Vəziyyət o qədər ciddidir ki, İngiltərədə Yanlızlıq Nazirliyi təsis olunub. Müasir dünya yanlızlıq dünyasıdır.
Dünyamıza nə baş verir? Dünya cütlüklər və ailələr dünyasından yalnız insanlar dünyası olmağa doğru dəyişir. Və onlar bununla xoşbəxtdirlər. Keçmişdə insanlar ailə olmadan mövcud ola bilmirdilər. Kim bişirirəcək, hər şeyi təşkil edəcək, paltarları yuyacaqdı? Uşaqların qeydinə necə qalacaqdılar?
Bu gün bunların hamısı pul ilə edilə bilir. Əgər pulunuz varsa deməli, bütün həyatınız qaydasına qoyulub. Mövcud vəziyyətdəki zərəri anlayacağımız və növbəti mərhələyə keçəcəyimiz vaxtın gələcəyinə inanıram. Biz ailə, uşaqlar, dostlar və aramızdakı bağ üçün yüksək ehtiyac duyacağıq. Aramızdakı düzgün bağın gücü bizim üçün həyati vacib olacaq. Bütün bu qarşılıqlı bağlılıq və ailə bağlarına qarşı olan rədd ediş aradan qalxacaqdır.