Sülh üçün ümid
Pisliyin səbəbini axtarırıq, ancaq o sədəcə bizim içimizdədir.
Jan Jak Russo
Yaradılışın alma arzusu vermə arzusuna dəyişdirilmədikcə dünyamız varlığını davam etdirə bilməyəcəkdir. Dünyadakı dağıdıcı güc sadəcə bizimi eqoizmimizdir. İnsan eqoizmindən başqa dünyadaki bütün güclər bir-birilə mükəmməl ahəng içində olan təbiətin gücləridir. Bu güclərin içərisində bizim idrakımıza görə “Negativ” və ya “Pozitiv” adlandırdığımız güclər var. Ancaq bunların hamısı təbiətin tək qanunu ilə başlayıb davamlılığını qoruyur və cansız, bitki, heyvan və maddə səviyyələrində vahid ahəng içində mövcüd olurlar.
Keçmişdə belə bir ahəngin olmadığını düşünürdük. Təbiətin “zərərli” olduğunu düşündüyümüz parçalarını məhv etmək üçün çalışırdıq. Təbiətə müdaxilə etməyə cəhd edərkən yaşadığımız mənfi təcrübə bizə göstərdi ki, təbiətdəki hər şey bir-birinə bağlıdır. Hər şey balans içində varlığını davam etdirir. Başqa sözlə desək, maddənin bütün halları və formaları arasındaki münasibətlərin bütün mərhələlərində ahəng mövcuddur.
M.Laitman