Mən sizlərə, öz mənəvi durumunuzda səbatlı olasınız, geriləməyəsiniz deyə köməkçi yaddaş rəhbəri hazırladım. Yeganə və əsas yol, yoldaşlarınızla birləşməkdir. Və mənim sizə bir tək vədim var- bu da Sevgidir.
Mən sizə nə lazımdır, hamısını xatırladacam. Siz heç nəyə baxmayaraq, buna əməl etsəniz, sözsüz ki, öncədən də sizə vəd etdiyim kimi, hər dəfəsində daha böyük güc alaraq, daha yüksəklərə ucalaraq, irəliləyəcəksiniz.
Və buna görə də, sizlərə, istənilən an, yenidən və yenidən, yoldaşlar arasındakı sevginin gücünü xatırladacam.
“Bizim mövcud olma haqqımız, bundan asılıdır” və bizim uğurlarımızın həqiqətə uyğun olması da, bununla ölçülür.
Buna görə də, uydurulmuş məşğuliyyətlərinizi buraxın və ancaq qəlblərinizi bir könüldə birləşdirmək haqqında düşünün. Bu zaman “Yaxınını, özün kimi sev” – əmrini aydın şəkildə duyacaqsınız.
(Baal Sulam, Məktub 47)