kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

“Şamati” 53- Əngəllər

“Şamati” 53- Əngəllər

(4 iyun 1943-cü ildə duyulmuşdur)

Özünə əngəl qoymaq- içində olduğun hala qane olub, artıq heç nə istəməməkdir ( qadlut- yüksək hallar). İnsan olduğu halın içində əbədi olaraq qalmağa hazırdır. Və bu da sonsuz vəhdət adlanır. İnsan hansı səviyyəyə çatıb, bunun heç bir əhəmiyyəti yoxdur, hətta o ən aşağı səviyyədə belə ola bilər. Amma əgər bu hal əbədi olaraq qalıb, işıq saçırsa, deməli bu kəs sonsuz vəhdətə nail olmuşdur. Amma daha da yüksək səviyyəyə can atmaq artıqdır və artıq zənginliyə can atmaq kimi adlandırılır. “Və kədər hər zaman artıq hesab olunur”.

İnsan ancaq onda olandan artığına can atarkən kədərlənir. Buna görə də deyilmişdir ki- İsrael Tövratı almağa gələndə, Musa onları dağın ətəyində topladı. (dağ ivr.-“ ar”- “irurim”- şübhə sözündəndir). Yəni Musa onları ən dərin fikirlərə və düşüncələrə qərq etdi – bu da ən aşağı pillə adlanır. Və bu zaman onlar heç bir tərəddüd və şübhə etmədən, bu halın içində qalmağa, bu hal ilə davam etməyə razı oldular. Sanki ən ali və kamil pilləyə nail olmuşdular və deyilmişdir ki: “Yaradanın yolunda çalışarkən sevinin”, onlar da bax belə sevinc nümayiş etdirirdilər. Axı ali halda (qadlut) insan sevincli olmaq üçün əlavə səy göstərmir, çünki sevinc öz- özünə daima təzahür edir. Və yalnız çatışmazlıq, ehtiyac vəziyyətində (katnut) insan sevinc duymaq üçün də səy göstərir, öz halını nəzərə almadan sevinmək üçün çalışır. Və bu həqiqətən böyük çalışmadır. Bu cür kiçik vəziyyətin (katnut) yaradılması pillənin yaranmasında əsas sayılır. Və bu vəziyyət əbədi sürməlidir. Ali vəziyyət isə (qadlut) – əlavə olaraq yaranır. Əsas olana can atmaq gərəkdir, əlavə olana deyil.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

185 - 0.108