kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Facebook

Paylaşım

Xeyir və Şər Qüvvəsi

dersSual: Bütün dinlər elə qələmə verirlər ki, guya dünyanı iki qüvvə idarə edir, xeyir və şər. Və adi insan da öz həyatını bu şəkildə qavrayır, sanki onun daxilində iki qüvvə hökm edir: xeyir və şər. Bütün yaxşı hadisələri cəlb edən xeyir qüvvəsi nədir? Bəs onda bütün bədbəxtlikləri törədən şər qüvvə nədir?

Çoxları dünyada yeganə bir xeyirxah qüvvənin olmasını arzulayır və şər qüvvənin niyə mövcud olduğunu əql etmirlər. Ümumiyyətlə, niyə şər qüvvə var axı? Bu ikililik, xeyir və şər, işıqla zülmət, dağıntı və quruculuğun arasında gedən bu daimi mübarizə, bütün həyatımız boyu bizi müşaiyət edir. Xeyir qüvvəsi ilə şər qüvvəsi arasında sürən qarşıdurma niyə var ki?

Cavab: Heç bir qarşıdurma yoxdur. Bəzi qüvvələri xeyir, digərlərini isə şər kimi görən yalnız bizik. Təbiətdə pis və yaxşı qüvvə olmur. Həqiqətən də, bir birinə zidd olan qüvvələr var: mənfi və müsbət, cazibə və itələmə, işıq və zülmət.

İki bir- birinə zidd olan qüvvə olmasa, həyat olmaz, canlı orqanizmlərin daxilində metabolizm, maddələr mübadiləsi olmaz, nə elementar hissəciklər arasında, nə də kainatdakı kosmik obyektlər arasında -onları bir vahid kimi birləşdirən qüvvə olmaz.

Həyat hər zaman iki, biri birinə zidd olan qüvvəyə əsaslanır və onların ikisini də birləşdirən “orta cizgidə” yaşanır. Həyat bu zidd qüvvələrin qarşılıqlı əlaqədə olduğu predmetdə və ya cisimdə canlanır. Bu qüvvələr bir- birinə nəzərən tarazlıq halına gələndə, həyatın yenilənməsinin də, yeni mərhələsi başlayır.

Yəni, bu iki rəqabət edən qüvvə, materialda görüşərkən, öz aralarında hansısa bir harmoniya yaradır. Belə çıxır ki, elektron və pozitronlardan – yəni atomun daxilində olan bu iki bir birinə zidd qüvvədən, bütöv atomlar qurulur və onlar da, bir biri ilə birləşərək molekul əmələ gətirirlər.

Molekullarda isə, zidd qüvvələr artıq birləşmələri üçün nəyin xeyirli, nəyin zərərli ola biləcəyini seçə biləcək halda hərəkət edir. Buna görə də, onlar faydalı maddələri cəlb edir, həzm edir,özünə hopdurur, zərərli maddələri isə, əksinə xaric edirlər. Maddələr mübadiləsi bu şəkildə baş tutur, həyat və inkişaf bu şəkildə yaranır.

Və bütün bunlar, iki zidd qüvvənin düzgün şəkildə birləşməsi sayəsində mümkün olur. Bunsuz heç bir inkişaf və də həyat ola bilməz. Əks təqdirdə, nəinki bitki aləmi, hətta cansız materiyadan təşkil olunmuş kainatımız belə inkişaf edə bilməzdi. Bitkilərdə zidd qüvvələr daha mürəkkəb ahəng təşkil edir. Heyvani səviyyədə isə bu, daha da mürəkkəb quruluş alır.

İnsanın əqli və qavrayışında, hər bir səviyyə üçün – xeyir və şərin daha dərin surətdə təyin edilib, aşkara çıxarılması prosesi gedir. Bizim şüurumuz elə qurulub ki, biz daima zidd qüvvələrin mübarizəsini analiz edirik, daima axtarış içində oluruq: görəsən bu qüvvələr, hansı formada birləşsələr daha çox fayda verərlər ?

Bir qüvvəni digərindən ayrı istifadə etmək olmaz. Ancaq onların – qarşılıqlı əlaqəsindən istifadə edilə bilər. Bizim həyatımız bu cür qurulub.

Bu sistem -cansız, bitki və heyvani səviyyələrdə xarüqə bir şəkildə inkişaf edərək, mükəmməl səviyyədə işləyir. Əgər təbiətdə hansısa təbii fəlakətləri görürüksə, bu ancaq bizim onları sırf özümüzə nəzərən qiymətləndirdiyimiz səbəbindən belə görünür. Əslində isə, bütün kainat, bütün cansız, bitki , heyvanlar aləmi, yalnız bir biri ilə əlaqədə olub, təkamülü irəliyə sövq edən – müsbət və mənfi qüvvələrİn təsiri ilə inkişaf edir.

Hər bir şey mükəmməldir, ta ki məsələ gəlib insana çatana qədər… İnsana da, bu iki qüvvə təsir edir. “Xeyir” və “şər” – biz onları belə adlandırırıq. Əgər biz təbiətin proqramını bilsəydik, əgər müsbət və mənfi qüvvələr arasındakı tarazlığı qoruya bilsəydik, sakit və qorxusuz yaşayardıq.

Amma problem bundadır ki, insanın seçim azadlığı var. O, müsbət və mənfi qüvvələrin tarazlığını öz arzusundan çıxış edərək müəyyən edir. Elə bizim hal hazırda əlimizdə olan, pozulmuş təbiətimiz bu yerdə özünü biruzə verərək ona səbəb olur ki, biz düzgün qərar əvəzinə, bizə xoş və rahat gələn qərarı veririk.

Biz, həqiqətdən çox, mənfəət əldə etməyə maraqlıyıq. Buna görə də biz,özümüzə, mənfi və müsbət qüvvələrin ortasında olmayan, əyri bir yol cızırıq. Axı Orta yolda, müsbət və mənfi qüvvələr eyni hüquqlu olur və bir biri ilə düzgün şəkildə ahəng yaradır, bu şəkildə də inkişaf yaranır. Biz isə, bunun əvəzinə hər zaman özümüzə rahat gələn tərəfə əyilirik. Özdə bunu, başqalarının hesabına edirik.

Axı biz hamımız – bir inteqral təbiətin hissələriyik, bütün cansız, bitki, heyvani aləmlə ümumi ahəngdə olmalı, birgə, eyni bir istiqamətə yönəlməliyik. Əgər seçim azadlığımızın olmasına baxmayaraq, yenə də, bu iki qüvvə arasındakı tarazlığı qoruyub saxlaya bilsəydik,onları bir ahəngdə tutsaydıq, bu zaman düzgün bir şəkildə də inkişaf edərdik.

Bu zaman, özümüzə izn verməzdik ki, təbiət qüvvələrindən bizə lazım olandan artıq istifadə edək. Öz özümüz və ətraf mühitlə barışıqda olmaq üçün, buna əsla izn verməzdik.

Bizim həyatımız sadə amma qorxusuz- hürküsüz olardı. Biz təbiətdən, ancaq varlığımızı dəstəkləyəcək qədər alar, yerdə qalan qüvvələri isə, daxili inkişafımıza yönəldərdik.

Bəşəriyyətin bütün bədbəxtlikləri ondan başladı ki, o, həyatı üçün ehtiyac olandan daha çox istehsal etməyə başladı. İnsanlığın pozulmağa başladığı Çat nöqtəsi budur. Bu nöqtədən başlayaraq və daha sonra davam edərək, biz qüvvələrin balansını itirdik və onları eqoizmimizə rahat olan şəkildə yönəltməyə başladıq.

Ümumi sxem belədir: müsbət qüvvə var, mənfi qüvvə var, ortada isə öz eqoizmimizlə – biz, insanlar dururuq. Əgər biz təbiətin bu iki qüvvəsindən, öz həyatımızı ahəngə salmaq naminə İstifadə etsəydik, bizim içimizi yaran eqoizmimizi də, ancaq öz daxili, mənəvi inkişafımız üçün realizə etsəydik, bu zaman “insan” adlanan növbəti mərhələyə yüksələrdik.

Bizim maddi həyatımız, yəni bizim cismimizin heyvani səviyyədəki həyatı, ona labüd olan hər bir şeylə: qida, ailə və s. – bunların hamısı aşağıda, sabit bir şəkildə, əslində necə olmalıydı – elə, elə də qalardı. Eqoizmimizi isə, iki zidd qüvvəni tarazlaşdırmaq yolunda istifadə edərdik və belə olan halda, ilahi səviyyəyə, mənəvi həyata yüksələrdik.

Kabala Video Klipləri

Həyat, Sevgi və Ailə

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

90 - 0.068