Biz Zoarı öyrənməyə başlayırıq. Bunu necə etməliyik? Mətni oxumaq vacib deyil, dinləmək kifayət edir. Ancaq səy göstərmək lazımdır ki, dinlədiyim hər bir şey, mənim daxilimə keçsin. Zoarın mənə bəhs etdiyi rəsmi duya bilim. Mən heç bir şey başa düşmürəm, elə bil mənimlə yad dildə danışırlar- qoy belə olsun – amma mən, nədən bəhs edirlər, bunu bilmək istəyirəm. Belə Olan halda, heç nədən, tamamilə boşluqdan, anidən məndə hissiyyat oyanmağa başlayır və cismim də, necəsə, reaksiya verməyə başlayır. Bu hala çatmağa, can atmaq lazımdır.
Zoar kitabı iki səviyyədə, iki dildə yazılıb. Hissi dil, mənə sanki yaşanılmış tarixi təsvir edir. Digər dil isə, məni mənəvi həssas edir və mənə iki, bir- birinə paralel olan aləmləri göstərir. Amma anlamanın bu iki səviyyəsi də- mənə nəzərən mövcuddur. Əslində, ancaq bir səviyyə var, bu da İlahi olanın təsviri.
Hələki, bu təsviri mən ikiyə ayırıram. Daha dəqiq desək, mən birini qəbul edirəm, hansı ki, burda anlayan mənim eqomdur. Amma, mən həm də, özüm ilahi olanı da təsəvvür etməliyəm, elə etməliyəm ki, bu iki səviyyə, paralel olaraq məndə olsun. Və mən, özümü fani aləmin rəvayətindən, ilahi olana yüksəltməliyəm. Xəyal gücüylə təxəyyül edib, hansısa fiziki obrazlar və səyahətlər təsəvvür etmək lazım deyil.
Bu, mənim ruhumun ənginliyinə olan səyahətimdir. Obrazlar isə mənim xüsusiyyətlərim, mənim münasibətimdir: Rabbi Hiya, Rabbi İosi, ağac, təpə, ulaq… Bu sözlər, məndə fiziki şəkil canlandırmalı deyil, daxili hissiyat, bu sözlərin əsl mahiyyətini anlamaq cəhdləri oyandırmalıdır.