kabala.info.tr Bnei Baruch Kabala Eğitim ve Araştırma Enstitüsü Bnei Barux Kabala 
Təhsil və Araşdırma İnstitutu

Kabbala Kitabxanası

open all | close all

Biznes və pul

pul2M.Markin: son 10 ildə, Kabbala elmi haqqında biliklərin, geniş kütlələrə yayıldığı bu dövrdə , muşahidə edirik ki, yüz minlərlə insan öz gözündə yaşadığımız dünyanın tamamilə başqa modelini aşkarlayır. Bir çoxlari üçün bu, həyatın dönüş nöqtəsi olmuşdur. Bunun sayəsində həyatları daha ahəngli olmuş, yəni istiqamətlər almış və onların önündə yeni imkanlar açılmışdır.
Kabbalanın sonsuz müdrikliyinə nail olan insanlar arasında, çox sayda bizim “biznesmen ” adlandırdığımız zümrə var. Bu kəslərin gündəlik fəaliyyəti müxtəlif kompaniyalarda , cəmiyyətlərdə və firmalarda işi təşkil etməkdir. Bu insanların ən aktiv zümrəsidir və buna görə də təəcüb doğmur ki, bizdə son zamanlar Kabbala haqqında məhz biznesmenlərdən almiş olduğumuz çoxsaylı suallar toplanıb. Bütün bu sualları şərti olaraq iki kateqoriyaya ayırmaq olar. Bir qisim suallar o biznesmenlər tərəfindən verilmişdir ki, onlar öz gəlirləri üçün daim əlavə imkanlar formalaşdırmaq istəyirlər. Onlar müxtəlif mistik təlimlərə baş vurur, həmçinin kabbalada da, nəsə tapmaq istəyirlər.
Və bir da digər kateqoriya suallar var, bunlar muasir biznesmenlərin gündəlik həyatlarında həddsiz yüklənmə hiss edib, hansısa bir yolla həyatlarını düzənə salıb, ahəng əldə etmək, gələcək hədəfləri və perspektivi görmək istəməkləri barədə olan suallardır. Biz də bugün biznesmenlərin məhz bu sualları, məhz bu maraqları haqqında danışmaq istəyirik.

M.Laytman: Mən ilk öncə olaraq onu qeyd etmək istəyirəmki, Kabbala elmi ümumiyyətlə insanın bu dünyadaki həyatı ilə məşğul olmur. O, insanı bu dünyanın üstünə qaldırır. Amma, bu dünyanın üstünə qaldıraraq ona daha çox duyğular yaşadır, daha çox nailiyyətlər verir, bir çox illər və çağlar ərzində insanın, kainatın, bəşəriyyətin, bizim çağın inkişaf perspektivini başa salır – bununla da insana dünyanı daha çox əhatə etməyı və onun bugünki vəziyyətinə kömək edir. Və, təbiidir ki, bunun nəticəsində, insan daha çox başa düşməyə başlayır ki, həyata, biznesə düzgün münasibəti, hələ üstəlik o idarə və ya təşkilatda rəhbərdirsə özünün və insanların təşkil olmasına münasibəti necə olmalıdır.

M.Sanilevich: Kabbala elmində biznes haqqında nəsə deyilir?

M.Laytman: Kabbalada hər bir şey barəsində bəhs edilir! Əgər o bütün xilqətin təbiətindən və bu xəlq olmuşun öz mükəmməl halına, ahəngə, tarazlığa gəlməsinin necə olduğundan bəhs edirsə, əlbətdə, o mütləq şəkildə hər bir məsələyə toxunur. Amma onun əsas yönəlməsi- bütün dünyanı özündə birləşdirən insandır. Bundan çıxış edərək, təbii ki, insan bu hədəfə yönəldiyi meyarda, anlayır ki, mövcud olduğu mühitdə, həmçinin işdə özünü və ətrafdakıları necə təşkil etsin.

M.Sanilevich: Pulun və bank münasibətlərinin mənəvi kökü varmı? Axı bütün bunlar min illər öncə də vardı.

M.Laytman: Bəli. Mən deyərdimki, əslində ən mühüm məsələdir, nəinki insanlıq özünü ” himayə altına alıb” (belə bir ehtiyatlı ifadəylə desək), çünki məhz pul münasibətlərinin açıq olması imkanı, bizim dünyada insanın heyvanı vəziyyətdən çıxmasına yardım etdi. Əgər insan ancaq cəngəllikdə və ya ibtidai cəmiyyətdə mövcud olsa, onda onun öz cismani təminatlarından başqa- yəni: qida, yaşayacaq bir məkan və nəsil artırmaqdan başqa, heç bir ehtiyaci olmayacaq. Amma pulun ətrafında artıq cəmiyyət formalaşırsa, insanlar arasında ixtisaslaşma gedirsə, hökmən mal mübadiləsi yaranır və pul, zənginlik, yiğmaq, dəyişmək … kimi suallar meydana çıxır. Yəni mal- pul mübadiləsi münasibətləri yaranır, biz bunu öz vaxtımızda kapitalizmi öyrənərkən marksizmdən çox gözəl öyrənmişik.
Prinsipce, pul- bu bizim dövrümüzdə elə bir ekvivalentdir ki, onu heç nəylə əvəzləmək olmaz. Bu nə olur olsun – qızıl, gümüş, kağız əskinaz və ya real yaxud virtual plastik kartlar, fərqi yoxdur- bu insanlar arasında yarana biləcək qarşılıqlı münasibətlərin qurulması üçün göstərilən səylərin ümumi ekvivalentidir.
Və bu təbiidir ki, insanlar bu qüvvəyə can atır, bu onlara digərləri uzərində hökm sürmək imkanı, özünü, öz daxili tələbatlarını, ürəyi nə istəyir onu etibarlı bir şəkildə təmin etmək imkanı verir. Yəni o bunları ilk növbədə bizim “pul” adlandırdığımız qüvvəyə bağlayir. Bu mövzu öz özlüyündə dərin və maraqlıdır.
Kabbala nöqteyi nəzərindən bu haqda çox danışmaq olar, -amma mən fikirləşirəm ki, bizim söhbətimiz üçün bu kifayətdir.
Yəni bu -insan inkişaf etməyə başlarkən peyda olan ən ilkin arzudur. Bəşəriyyətin inkişafında, mağaralardan və meşələrdən çıxdıqdan sonra, insanın çatdığı məqam ancaq ola bilsin ekvivalent olaraq heyvan səviyyəsində: keçi, qoyun, dəvələrdə vardı, onlarda qismən təzahür edirdi. Pul sayəsində insan yer üzərində ibtidai varlıq olmaqdan çıxdı və özünü ictimai insan kimi inkişaf etdirdi. Belə çıxır ki, pul insanın ictimai inkişafını simvolizə edir.

M.Markin: Onda bu sualın davamı olaraq: bu nöqteyi nəzərdən baxdıqda biznes nədir?

M.Laytman: Bu nöqteyi nəzərdən biznes- tamamilə fərqli məfhumdur. Biznesə can atmaq və pula can atmaq – bu eyni bir anlayış deyil.
Mən oyun oynamağı sevən bir çox şəxs tanıyıram. Və biznes onlar üçün- oyundur, həzzdir, vaxt keçirmədir, “action” dur. Bu onlara məhz bu şəkildə digərləri ilə qarşılıqlı əlaqədə olmağa yardım edir. Onlar başqaları ilə daha hansı yolla əlaqədə ola biləcəklərini anlamırlar. Bu onlara puldan uzaq tələbatlarını ödəməyə, özdəyər formalaşdırmaqlarına kömək edir. Yəni bizneslə, pul fərqli anlayışlardır.
Pul arzusunda olan insana, pul versən o sakitləşəcək. Bisnesmen ise yox. Onun üçün biznes- mövcud olma şəkli, özünü dünyaya ifadə etmək, izah etmek və ətrafla qarşılıqlı əlaqə vasitəsidir. Biznes psixoloji cəhətdən tanamilə fərqli, daha üstün kateqoriyadır. Bu tamamlanmadır, bu- fəaliyyətdir. Eyni zamanda pul isə, çox primitiv ticarət məfhumdur.

Saytda olan materyal, bəşəriyyətin mənəvi səviyyəsini yüksəltmək və bütün dünyada həyatı daha da firavan etmək niyyəti ilə,
azad, qeyri ökümət assosiasoyası olan - © Beynəlxalq Kabala Akademiyası tərəfindən təqdim edilmişdir.
Bununla əlaqədar olaraq, saytdakı materyalların istifadəsi yalnız Akademiyanın icazəsi ilə olmalıdır.
Habelə, materyalların istifadəsi zamanı onların məzmunu saxlanmalı və istifadə etdiyiniz qaynaq göstərilməlidir.

W3C Valid HTML5 W3C Valid CSS3

modulmodul3d.com

186 - 0.115